Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Krımda yeni referendum: Olsun, olmasın?

789

Xarici KİV-in yaydığı məlumata görə, Brüsseldə istisna etmirlər ki, əgər Krımda ATƏT-in nəzarəti altında yeni referendum keçirilsə, Avropa İttifaqı onun nəticələrini nəzərə alardı. Nəticələrin tanınmasına zəmanət barədə isə məlumat verilmir (Rosbalt).

"Xeberinfo.com":   Brüsseldəki yüksək vəzifəli diplomatik mənbə bu barədə «RİA Novosti»-yə deyib: «Avropa İttifaqı, mümkündür ki, referendumun nəticələrinə diqqət yetirsin, bir şərtlə ki, o, ATƏT-in müşahidəsi altında və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmiş olsun».

Krım hakimiyyəti artıq bu sensasiyalı məlumatı şərh edib. Respublika baş nazirinin müavini Dmitri Polonski bəyan edib ki, yarımada sakinləri artıq öz seçimlərini ediblər və təkrar referendum olmayacaq: «Biz, iki dəfə təkrar etmirik. Bu, formal axmaqlıqdır. Burada «ağıllı-qiymətli» məsləhətlərə ehtiyac yoxdur. Yaxşı olar ki, araşdırsınlar və obyektiv qiymət versinlər – Donbasda nələr baş verir? Qoy Ukraynada insan haqları və azadlığının pozulması hallarını şərh etsinlər» («Qovorit Moskva» radiosu).

Krım baş nazirinin müavini qeyd edib ki, vətəndaşların öz iradələrini demokratik ifadə etdiyi referendum keçirilən zaman çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təsdiq olunub:«Qeyri-müəyyən insanlara iki dəfə sübut etmək ki, sən dəvə deyilsən – ruslar bunu etməyəcəklər, heç kimin qarşısında alçalmayacaqlar, xüsusilə də cəmiyyətimizdə inamı itirmiş hansısa beynəlxalq təşkilatlar qarşısında».

Qeyd edək ki, bu ərəfədə Avropa Parlamentinin prezidenti Martin Şults Ukrayna Ali Radasında çıxış edərkən bunu deyib ki, Avropa İttifaqı Rusiya ilə yalnız Krımın Ukraynaya qaytarılacağı təqdirdə əməkdaşlığa qayıda bilər: «Əməkdaşlığa qayıtmaq bundan asılıdır ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəkmi, o cümlədən, Krımı geri qaytaracaqmı?»

AzPolitika.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam