Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATƏT Türkiyədəki referendumun nəticələrini tanımadı -BƏYANAT

"Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurası standartlarına uyğun olmayıb".

Yenixeber.org:  Bu barədə ATƏT-nın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir.

Müşahidəçilərin qənaətinə əsasən, referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. Bildirilir ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib: “Referendum günü bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb. Bununla belə, seçki məntəqələrində vətəndaş cəmiyyəti nümayəndələrin olmaması üzücüdür. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi".

Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam