Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

"Hadisələrin ölkəyə sıçrama ehtimalı var"

 

NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin ali komandanı amerikalı general Filip Bredlav çox mühüm açıqlamalar verərkən Türkiyəyə də xəbərdarlıq edib. 
"Xeberinfo.com":  Avropa.info xəbər verir ki, Bredlav ABŞ Senatının silahlı xidmətlər komitəsində, rəhbərlik etdiyi qurumun 2016-cı il üçün maliyyə, büdcə və proqramları haqda brifinq verdi.
Senatorların suallarını cavablayan Bredlav Şimali Afrikadakı miqrant probleminə, Rusiyanın Şərqi Avropada sabitliyi pozması və Yaxın Şərqə xarici ölkələrdən döyüşçü axını kimi məsələlərə toxunub. 
Müxtəlif ölkələrdən döyüşçü axınının bütün Avropanın problemi olduğunu qeyd edən general bunları söyləyib:
"Bu problem müttəfiqimiz Türkiyənin birbaşa qarşı-qarşıya qaldığı bir problemidir. Çünki bölgədəki hadisələr Türkiyənin sərhədində yaşanır. Həmçinin bölgədəki hadisələrin Türkiyəyə sıçrama ehtimalı və ölkədə məskunlaşan 1,6 milyondan çox qaçqının varlığı kimi Türkiyəyə birbaşa təsir edən bir çox faktoru nəzərə almaq lazımdır." 
O həmçinin Türkiyənin ABŞ-ın güclü müttəfiqi olduğunu xatırladaraq ölkə rəhbərliyinin məsələylə bağlı tənqid edilməməli olduğunu bildirib. 
"Məsələylə bağlı Türkiyəni ayırmaq lazım deyil. Əvvəllər də dediyimiz kimi xarici döyüşçülər bir çox bölgədən keçir. Bu insanların Avropaya girə biləcəkləri bir çox nöqtə mövcuddur. Türkiyənin də xarici döyüşçü axını ilə bağlı problemi var idi. Məsələylə bağlı ciddi tədbirlər görürlər. Amma bu onların sərhədlərindən də geniş bir sahəyə yayılan bir problemdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam