Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir ölkəyə müraciət olundu: “Gülən məktəbləri”nin bağlanması üçün

 

Azərbaycanda Fətullah Gülənlə əlaqəsi olan təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasının ardınca qonşu Gürcüstanda da eyni addım atıla bilər.
Xeberinfo.com:   Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü Tbilisidə keçirdiyi mətbuat konfransında “Report”un müxbirinin sualına cavab olaraq deyib.
“Bu məsələ ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır. Amma indiki mərhələdə mətbuata detallar barədə əlavə məlumat verməyimiz doğru olmaz”, – səfir bildirib.
Mətbuat konfransında bir çox məsələlərə toxunan səfir son hadisələrin Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı yazılanlara da münasibət bildirib: “Ölkəmizdə yaşananların həm Türkiyə, həm də regionun iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi fikrini qəbul etmirik. Əksinə, son günlərdə xarici yatırımlarda ciddi artım müşahidə olunur ki, bu da gələcəyə nikbin baxmağımızı təmin edir”.
Levent Gömrükçü bu məsələdə həm Gürcüstanı, həm də digər tərəfdaş ölkələri narahat olmamağa çağırıb.
Hazırda ölkəsində həyatın normal axara düşdüyünü deyən səfir istər Gürcüstan, istərsə də digər ölkələrdən olan turistlərin Türkiyəyə rahat şəkildə səfər edə biləcəklərini söyləyib: “Türkiyə prezidenti, baş nazir və turizm nazirinin də öz çıxışlarında vurğuladıqları kimi, hazırda ölkənin nə böyük şəhərlərində, nə də turizm bölgələrində yerli və xarici vətəndaşlar üçün heç bir təhlükə mövcud deyil”.
Bununla yanaşı, diplomat Türkiyəyə turist axınının müəyyən qədər azaldığını da əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam