Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Türkiyə NATO haqda açıqlama verdi

 

50975

“Türkiyəyə qarşı hər hansı bir hücum olarsa, NATO hərəkətə keçəcək”

  "Xeberinfo.com": Türkiyəyə qarşı hər hansı bir hücum olarsa, NATO Türkiyənin tərəfində olacaq.

Türkiyə müdafiə naziri İsmət Yılmaz İŞİD-in Türkiyəyə ehtimal olunan hücumlarına dair şərhində bu cür açıqlama verib. Nazir qeyd edib ki, İŞİD silahlıların Türkiyəyə hücumu, ümumilikdə, NATO ölkələrinin hamısına qarşı edilmiş hücum kimi qəbul olunacaq və alyans ölkələri bu müdaxiləni dəf etmək üçün vahid mövqedən çıxış edəcək.

“NATO-nun 5-ci maddəsində aydın qeyd olunur. Müttəfiq ölkələrdən birinə hücum edilərsə, bu hücum bütün müttəfiq ölkələrə qarşı edilmiş hesab olunur və buna görə də NATO-nun müştərək müdafiə sistemi qüvvəyə minir. Suriyada zorakılıq hadisələri törədilən zaman biz NATO-dan ehtimal ola biləcək hadisələrə dair planlar hazırlanmasını tələb etmişdik və NATO da müxtəlif alternativləri nəzərə alaraq bir plan hazırlayıb. Ona görə də Türkiyə bir hücum olarsa, NATO Vaşinqton razılaşmasının 5-ci maddəsində göstərilən tələbləri yerinə yetirəcək. Yeni gələn baş katib də bunu dedi”, – deyə nazir qeyd edib.

Nazir, həmçinin, hazırda Kobanidə davam edən gərgin vəziyyətə də toxunaraq əlavə edib ki, Türkiyə bu “yanğın”ın fərqindədir və bundan ən az zərərlə çıxmağa çalışır. /anspress

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam