Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"2070-ci ildə qlobal əhalidə xristianlarla müsəlmanların sayı bərabərləşəcək"

 

Nüfuzlu sorğu təşkilatı əsrin sonunadək İslamın Xristianlığı ötərək dünyanıın ən böyük dininə çevriləcəyini proqnozlaşdırır.
 
"Xeberinfo.com":  Pew Araşırma Qrupunun əməkdaşı Konrad Haket İslamın dünyanın ən sürətlə artan dini olduğunu bildirir. O, bunun səbəbini insanların İslamı qəbul etmələri ilə deyil, yüksək doğum səviyyəsi ilə əlaqələndirib.
 
Buradakı ekspertlər deyir ki, bundan əlavə sorğunun digər nüanslarına da nəzər salmaq lazımdır.
 
Həm müsəlmanlar həm xristianlar üçün bu dəyişikliklərin əsas səbəbi Afrikadakı ümumi əhali artımıdır. Əsrin ortalarına dünya xristianlarının 40 faizi Afrika qitəsində yaşayacaq.
 
Haket deyir ki, sorğu xristinaların da sayının artacağını göstərir.
 
“Bu həm xristianlar həm müsəlamnalar tərəfindən yaxşı xəbər kimi qarşılana bilər.”

Buddistlər üçün isə heç nə dəyişməyəcək- onların sayı yarım milyard olaraq qalacaq.
 
Britaniyanın əhali araşdırmaları üzrə professoru David Voas deyir ki, bir dinə mənsub əhalinin sayının artıq olması onun digərlərindən üstün mövqeyə sahib olması demək deyil.
 
“Məncə burda vacib olan iqtisadi və mədəni məhsuldarlıqdır. Bir ölkənin əhalisinin sayı onun qlobal iqtisadiyyat və yumşaq güc baxımından nüfuzuna təsir edirmi? Düşünürəm ki, hal-hazırda lider hələ də Qərbdir.” 
 
Buna baxmayaraq, tədqiqatçılar ehtimal edirlər ki, şəxsiyyətlərin dini mənsubiyyətlərini ölçmək qeyri-dəqiq elmdir və demoqrafik trendlər gözlənilməz istiqamətdə dəyişə bilər. (amerikaninsesi.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam