Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Rusiyanın xarici ticarəti kollaps vəziyyətindədir”

putin-oil1

1998-ci ilin maliyyə iflasının ardınca gələn ağır və dərin tənəzzüldən sonrakı on il ərzində Rusiyanın xarici ticarət dövrüyyəsi yüksəlməyə başladı. Təbii xammal resurslarının qiymətlərinin qalxması fonunda ixracat həcminin artması nəticəsində Rusiyaya axan pulun hesabına yenicə cücərən orta sinif, xarici avtomobillər, dəbli geyimlər, çeşidli ərzaq məhsulları və bahalı lüks əşyalar almağa başladılar.

"Xeberinfo.com":  Digər ölkələrdə olduğu kimi, 2008-ci ilin maliyyə böhranı zamanı Rusiyanın da xarici ticarəti ciddi şəkildə ziyan görmüşdü. Lakin çox keçmədi ki, ixrac və idxalın həcmi yenidən əvvəlki səviyyəyə qayıtdı və hətta bir qədər sonra öz tarixi maksimumuna yüksəldi. 2014-cü il ərzində xarici ticarət dövriyyəsinin azalması çox da böyük olmayıb. İlk üç rüb ərzində ixracın həcmi təxminən 4,5%, idxalın həcmi isə 2,1% aşağı düşüb. Həmin rəqəmlərə əsasən ümumi durumu heç cür fəlakətli adlandırmaq olmasa da, bu göstəricilər açıq şəkildə əvvəlki gedişatın ləngidiyinə və perspektivdə vəziyyətin kəskin pisləşəcəyinə işarədir.

Neftin qiymətinin çökməsi və bunun nəticəsində də rublun dəyər itirməsi, 2015-ci ilin şübhəsiz olaraq xoşagəlməz keçəcəyini göstərir. Rusiya statistika komitəsi ölkənin xarici ticarət vəziyyəti barəsində məlumat dərc edib. Orada göstərilən rəqəmlərin ürəkaçan olmamasını söyləmək hələ az sayılar. Çünki ümumi durum doğrudan da fəlakət həddindədir. Rusiyada ixracat 31,4% azalıb və keçən ilin müvafiq göstəricisi olan – 39,5 milyard dollardan 27,5 milyard dollara düşüb. Ancaq ən qorxulu rəqəmlər idxalatla bağlıdır və buradakı səviyyə demək olar ki, tamamilə bərbad haldadır. İdxalat 2014-cü ilə nisbətən 40,8 faiz azalıb. Statistika komitəsinin məlumatında idxalla əlaqədar tam müfəssəl məlumat yer almayıb. Amma onu da qeyd etmək lazımdır ki, idxal sahələrindəki bölməyə proporsional şəkildə yanaşsaq, ən kəskin azalma maşın, avadanlıq və nəqliyyat vasitlərinə aiddir. Burada azalma 52,2 faizdir və ümumi göstəricilərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Neftin qiymətinin aşağıya yuvarlanması, rublun dəyərsizləşməsi və qərb sanksiyalarının Rusiyaya vurduğu zərbələr praktik baxımdan öz miqyasına görə qlobal maliyyə sisteminin 2008-ci ilin dərin böhranına bərabərdir. Başqa sözlə desək, hər şey çox ciddidir. Rusiya Statistika Komitəsinin xarici ticarət barəsində verdiyi məlumatlar Rusiya iqtisadiyyatının itkilərinin iri həcmli olduğundan xəbər verir. Şübhəsiz ki, vəziyyət dəyişilə də bilər. Əgər sanksiyalar götürülərsə, neftin qiyməti qalxarsa, onda böyük ehtimalla Rusiyanın iqtisadiyyatı dirçələr və onun xarici ticarəti də 2009-cu ildə olduğu kimi yenidən yüksəlişə keçər. Lakin hələlik bunun baş verəcəyi haqqında heç bir əsaslı təminat yoxdur.

İndi yalnız təkcə onu demək olar ki, sanksiyalar problemi həll edilənə və neftin qiyməti qalxana qədər vəziyyət pisləşməyə doğru yönəlcək.

AZpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam