Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ALLAH İNANDIQLARIMI MƏNƏ ÇOX GÖRMƏSİN

 

Yenixeber.org: Bir qayda olaraq publisisitik yazılarımı, şeir və sənədli hekayələrimi “Xeberinfo.com” saytına ünvanlayır və bu saytda çıxış edirəm. Bəzi hallar da isə “Strateq.az”, “Az Politika.info”, ”Axar.az” və “Femida.az” saytlarına da nəzər yetirirəm.

Bir neçə gün bundan əvvəl “Azpolitika. info” saytına diqqət yetirəndə saytın sonlarında “Şərhinizi əlavə edin” abzasında oxuculara ağıl dərsi verən... “insan şəxsiyyətinə toxunacaq qeyri etik ifadələr işlətməməli...”ifadəsi bir balaca məni tərpətdi.

Ağlım kəsmir ki, ağlı başında olan və yazarlıqla məşğul olan şəxs çıxışında hər hansı bir şəxsə qarşı nahaqdan qeyri etik ifadələrdən istifadə etsin. Ancaq keçmiş dövrdə hörmətli yazıçılarımızdan bir nəfəri dövlət mətbuatındakı çıxışında “dadanan qudurandan betər olur” kimi kəskin ifadə işlətmişdi. Bəs yeganə övladının yaramazların hərəkətlərinə qurban gedən, dili ağzında yanan ana hər hansı kəskin ifadədən istifadə edərsə və yaxud istifadə etməkdə haqlıdırmı? Heyvərə əməllərinə görə həmin şəxslər kobud ifadələrə layidirlərmi?

Ali vəzifə sahibi (nazir, rəis, baş direktor, icra hakimiyyətinin başçısı...) övladını, nəvəsini tərbiyə edə bilmirsə tabeiyində olan ərazidə yaşayan əhalini necə idarə edəcəkdir? Nə səbəbə soruşulmur ki, dəyəri bir yüz min manatlarla olan ”Mersedes Gelandevagen” markalı və bu kimi minik avtomobillərindən kolleksiya düzəldən

övlad, nəvə avtomobil üçün həmin vasaiti kimdən və haradan almışdır?

Respublika Prezidentinin təşkil etdiyi geniş həcmli müşavirədən nazirə kim ixtiyar vermişdirki, mışavirəni icazəsiz hirslə tərg etsin?

Xaricdən xüsusi məqsədlər üçün təyyarə vasitəsilə respublikaya gətirilən milyard dollarla nəqd pul vəsaitinin DTX-nin sabiq əməkdaşı polkovnik Tofiq Zəbulla o.Rəcəbov tərəfindən səlahiyyətli şəxslərə verilən rəsmi məlumatlara nə səbə əhəmiyyət verilməmişdir?

Azərbaycan gömrüyündə “yoxa çıxan” milyardlar. (17. 08.2017-ci il Yenixeber orq): Azərbaycan Gömrük Komitəsinin verdiyi hesabatlara əsasən 2010-2015-ci illərdə Azərbaycana 55.1 milyard dollar həcmində mal idxal olunub. Ticarət partnyoru ölkələrinin BMT –nin Ticarət Statiskası şöbəsinə təqdim etdiyi rəqəmlər isə göstərir ki, bu illər ərzində Azərbaycana 55.1 milyard yox, 79.9 milyard dollar dəyərində mal göndərib. Bu o deməkdir ki, DGK-də 24.8 milyard dollarlıq idxal malının qeydiyyatı rəsmiləşdirilməyib, üstəlik idxaldan gələn 5 milyard dollarlıq vergi ödənişi dövlət büdcəsindən yayındırılıb.

“Respublikanın keşmiş nəqliyyat nazirinin 340 milyonluq böyük korrupsiya işinin yeni detalları üzə çıxır. İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizat tenderinə dair korrupsiya işi ilə bağlı apardığı tədqiqatın

miqyası böyüməkdə davam edir.” “Yenixeber.orq” 22.08.2017-ci il.

Azərbaycan Beynəlxalq Bankının milyard dollarla vəsaiti havaya sovruldu və bank defolta sürükləndi, səsi- sorağı isə Nyu-Yorq məhkəməsindən gəlir. Maliyyə nazirini, həm də həmin şəxsin Bankın Müşahidə Şurasının sədri vəzifəsində işləyən nal sökəni portfelsiz nazir elan etdilər.

Bəs görəsən bizim respublikanın Ali Məkkəməsi nə işlə məşğul olur?

Respublikaın maliyyəsini indi idarə edən yeni bir padişah peydah olub. Adı da şarab bilicisi Rüfət Aslanlıdır.

Yenixeber.orq (17.08.2017-ci il): Məqalə müəllifi iddia edir ki, Fransa istehsalı olan olduqca bahalı şərabın üzərində yazılan “Aslanlı” ifadəsində MBNP rəhbərindən gedir. (Rüfət Azlanlının bir şüşəsinin qiymətinin 18 min avro olan “Petros” şərabından da vaxt aşırı istifadə etdiyi və ümumiyyətlə onun şərab bilicisi olduğu iddiaları var).

Maliyyə Bazarına Nəzarət Palatası Direktorlar Şurasının Sədri haqqında ilginc İddialar. Rüfət Aslanlının dəbdəbəli həyat tərzi. Yenixeber.orq (23.08.2017-ci il): ...Bir dövlət məmurunun illik qazancı ilə bir şüşəsinin dəyəri 3000 AVRO ilə 20000 AVRO arasında dəyişən xüsusi şərabları öz adı ilə sifariş vermək heç bu cür şərabın hazırlandığı yerlərdə olub onların dequstrasiyasını aparmaq haradasa mümkünsüzdür. Bəzi məlumatlara görə R.Aslanlının 2-3 günlük istirahət xərci 30-40 min ABŞ dolları və ya 55-70 min manat civarındadır.

Mətbuat və saytlat hevərələrin yaramaz əməllərini ictmaiyyətlə çatdırmaqla yanaşı təqsikarların qiymətlərini kəskin formada, tərcümey-hallarını da olduğu kimi versələr daha yaxşı olar və içtimaiyyət də bilər ki, bunlar hansı əqidənin,əxlaqın sahibidirlər (Bəzi hallarda qeyd edilənlər verilir).

Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, respublikanın maliyyəsinin idarə edilməsi tam manqurtlaşıbdır.Tükənən yeraltı sərvətdən əldə olunan varidatı bu üsulla idarə və istifadə etmək müstəqilliyə kökündən zərbədir. Respublikada bu zərbəni görən iri səlahiyyət sahibləri nə düşünürlər, nə vaxta kimi bu can üzücü, respublikaya baş ucalığı gətirməyən, hörmətdən salan neqativ hallar baş alıb gedəcəkdir?

Müstəqil olduğumuz bu 25 il ərzində azğınlığı geridə qoyaraq düşünmə qabiliyyətini itirmiş, əsil-nəslini unutmuş-manqurtlaşanların öhdəsindən gəlmək mümkün olmamış, bu kimilərin fürsət əllərinə keçən kimi onlar dövlətin və baqasının əmlakını mənimsəməklə məşğul olmuş, gənc dövlətimizin varidatını respublikadan xaricə daşımışlar və bu gün də həmin hal davam edir. Bu kimiləri təhqirlə, həbslə və başqa vasitələrlə insan kimi tərbiyə eləmək mümkünsüz hal kimi faktlarla sübuta yetir. Ulularımız “donuzu darıdan zopayla çıxararlar” demişlər.

Gəlin bir anlığa dünya miqyasında almanların alman, türklərin türk və rusların rus kimi tanınmalarında kimlərin

və hansı amillərin başlıca rol oynamalarını gözlərimizin önünə gətirək.

Quliyev Elxan Sarı o. 28 avqust 2017-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam