Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bank sədri işdən çıxarılır ?!

 

 

Mərkəzi Bankın sədri Elman Rüstəmovun tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. 

Məsələnin kökündə Elman Rüstəmovun adı da hallandığı Vyanada keçirilən “rüşvət məhkəməsi” dayanır.

"xeberinfo.com": Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir.

Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb. Bir neçə prosesdə Azərbaycanla məsələ xüsusilə diqqətdə olub. 

Qeyd edək ki, Avropanın nüfuzlu nəşrləri mütəmadi olaraq yazılar dərc edir. Azərbaycan hakimiyyəti də prosesi ciddi şəkildə izləyir. Məlumatda bildirilir ki, iqtidar “Vyana prosesi”nin gedişatından asılı olaraq Elman Rüstəmovun tutduğu vəzifədən uzaqlaşdıra bilər. Əgər “rüşvət məhkəməsi” Azərbaycan hakimiyyəti üçün daha dramatik fazaya keçərsə, baş bankir Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə əvəzlənəcək

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam