Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəzi saytların fəaliyyətində problem yarandı– SƏBƏB

Bəzi saytların fəaliyyətində problem yarandı

 

Azərbaycanda bəzi media saytlarının və forumların fəaliyyətində texniki nasazlıqlar yaranıb

 

Yenixeber.org: Buna Almaniyada yerləşən data mərkəzində qəzanın baş verməsi səbəb olub.

Qeyd edilir ki, Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini müvəqqəti dayandırıb.

Ölkəmizlə yanaşı, bəzi xarici saytların, o cümlədən, “Vedomosti”, “The New Times” kimi xəbər portallarının fəaliyyətində də problemlər yaşanıb. 

Fəaliyyətində problemlər yaranan saytların fiziki olaraq yalnız bir serverdən istifadə etməsi göstərilir. 

Ekspert Hüseyn Hüseynzadə belə xoşagəlməz halların qarşısını almaq və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların iki serverdə saxlanılmasını tövsiyə edir:

“Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur. Həmçinin bu ölkədən xaricə valyuta axını və sonucda internet xidmətini təqdim edən provayderlərin xərclərini azaldaraq İnternetin qiymətinin ucuzlaşmasına səbəb olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam