CƏHƏNNƏM YALQUZAQLARI
Xeberinfo.com: Özüm yaşda olan kişilərdən bir dəfə qəribə deyim eşitdim: ”Sovet dövründə rayonda partiya komitəsinin birinci katiblərindən eləsi olub ki, rüşvəti rubllada yox, qızıl pulla alıb. Bu kimisi indi yüksək vəzifə sahibidir”. Deyimə inanmasam da görünən budur ki, hakimiyyətdə əyləşənlər tutduqları əməlləri ilə deyiləni təsdiqləyirlər.
BAKIPOST.az saytından 03.02.2017-ci il tarixdə verilən məlumata görə respublikanın bank sektorları maliyyə fəaliyyətlərini 2016-cı ildə 1 milyard 668 milyon manat zərərləbaşa vurublar. Bu məbləğ AMB-ndakı hazırki valyuta ehtiyatının təqribən 20,2% -ini təşkil edir.Mən vaxtı ilə dövlət bankı olmasa da kommersiya bankında işləmişəm. Həmin bankların iş prinsipləri eynidir.Məni dəhşət götürür ki, bank zərərləişləyir.
İstehsalla işləyən təsərrüfatlar çalışırlar ki, mənfəətlə işləsinlər. Ancaq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətləri bir sıramürəkkəb istehsal şəraitləri ilə sıx bağlı olduğundan və əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq satış qiymətlərini yüksəltmədən müəssisə maliyyə çətinliyinə düşməsin deyə ərzaq məhsullarının satışından yaranan zərərin əvəzi dövlətin büdcəsindən müəssisəyə ödənilirdi. Ancaq sənaye məhsullarının istehsalı ilə məşğul olan fabrik və zavodların zərərlə işləməsi qəti qadağan idi.
Məni düşündürən əsas cəhət odur ki,bank məhsul istehsalı ilə yox, pul alveri ilə məşğul olduğu halda nə səbəbə ili milyard manatdan cox zərərlə başa vurur. Bu onu sübut edir ki, respublikanın maliyyə fəaliyyətini moşenniklər idarə edir. Necə ki, deyiblər- ”Dərə xəlvət, tülkü bəydir”.Yəni təyinadtan yayın, mənimsə , bir qədər də harayasa hax daşı.
Moşenniklik bankların idarə edilməsini o vəziyyətə salmışlar ki,hec baş açan da yoxdur banklar fəaliyyətlərini davam etdirə biləcəklərmi? Müstəqilliyi qazanandan bəri bankların idarəedilməsində pilləli rəhbərlik kök atıb. “Xəzinədarlıq” və “Maliyyə nəzarəti haqqında” palata da bankın fəliyyətinə baş aparır. Pilləli rəhbərlik isə rüşvətxorluğu gücləndirən və ona şərait yaradan qanuniləşdirilmiş hüquqi mızraqdır.
Faktları araşdırıb görək banklara şərik olan, fəaliyyətində və görkəmindəTəhsil nazirinə oxşayan Rüfət Aslanlı haraya əl atır? Respublika daxilində mənsəbpərəstlikdə adı hallanmayan yegənə məsul şəxs AMB-nın sədri Elman Rüstəmovdur ki, bu Baş bankirin də soragı Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi banknot çap edən “OeBS” Şirkətindən (Xeberifo.com 30.03.2014-cü il) və Panamada qeydiyyatdan kecmiş ofçor hesabdan gəlir. Rüfətin arxasında dayananlar isə çalışırlar ki, RüfətiAMB-na sırısınlar.Rüfətin AMB-ında vəzifə tutması üçün isə bank işində məsul bir şəxs kimi ən azı on illik iş təcrübəsi olmalıdır. Bu təcrübə onda varmı?AMB-nın fəaliyyətinə qarışmaq istəyənlər heç olmazsa ABB –nın fəaliyyətini yaddan çıxarmamalıdırlar.
Politika.az-ın (03.02.2017-ci il) Siyasət Şöbəsinin yaydığı xəbərə görə Azərbaycanda ən çox rüşvət və korrupsiya bataqlığında boğulan Vergilər nazirliyi, Təhsil nazirliyi, Nəqliyyat nazirliyi və Kənd Təsərrüfatı nazirliyidir.
Bundan başqa bir neçə elə nazirlik var ki, adları bu siyahıya düşməsə də quyryqları ələ kecib. Bildiklərini babalarına verməyən bu kəslər isə “ilanı seyid Əhməd əli ilə tuturlar”. Onlar başa düşmürlər və yaxud düşmək istəmirlər ki, vaxtı gələndə seyd Əhməd mtn-nin generalları kimi üzə dayanacaqlar.Hələlik bunlar öz işlərindədirlər, yəni moşennik əməllərini davam etdirirlər.
Yüksək rütbəli şəxslərin vəzifələri hesabına haramlıqla küllü məbləğdə mənimsədikləri dövlət əmlakı sonda onların və övladlarının faciəsi ilə başa çatır.Güman edirəm ki, həmin faciələrin qarşısını ala bilən yaxınlarda qəbul ediləcək “Rəqabət məcəlləsi”və “Hesablama palatası” kimi Qanunlar olacaq.
Saytlar isə onların əməllərini işıqlandırmaqla məğuldurlar. Saytlar insan cəmiyyətinin və onun yaşadığı mühitin, keçirdiyi həyat tərzinin aynasıdır.
Yaşadığımız mühitdə qiyməti artmayan bicə udduğumuz havadır. Oliqarxlar onun da qiymətini artıra bilsələr vəziyyətimiz “qaydaya” düşəcək. 90-cı illərdə 4-5 saatla çörək növbəsinə dayandığım yaddaşıma əbədi həkk olub.Həmin dövrdə çörək alverçiliyinin də şahidi oldum. Getsin o günlər gəlməsin.
Ali şəxs tərəfinfdən cənnətimizicəhənnəmə çevirməyə çalışan oliqarxlara “Onların cəzası veriləcək” deyiminə əhəmiyyət verməyənlər xəbərdar edilsələr də yırtıcı yalquzaqlar özlərini eşitməzliyə vururlar. Bax bunda yaxşı deyiblər:”Kara kərən çalırlar, kar da deyir ki, görəsən bu nə taqqır-tuqqurdur”.
Quliyev Elxan Sarı o.