Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Argentina yenidən defolt ola bilər - ANALİTİKA

Bu ilin avqust ayının əvvəlində Argentinada keçirilmiş ilkin prezident seçkilərinin nəticələri hazırki dövlət başçısı Maurisio Makrinin reytinqinin aşağı olduğunu göstərdi və onun gələn ay baş tutacaq yekun seçkilərdə sol siyasi partiya təmsilçiləri - Fernandezlərə uduzacağı ehtimalını artırdı.

Yenixeber.org:     Bu isə investorların ölkə iqtisadiyyatına, həyata keçirilən islahatların nəticələrinə inamını azaltdı. Nəticədə Argentinanın milli valyutası – peso kəskin ucuzlaşdı, eləcə də bu ölkənin qiymətli kağızlar bazarındakı maliyyə alətləri dəyərini sürətlə itirdi.

Artıq “Moody`s” və “Standard & Poor`s” beynəlxalq reytinq agentlikləri Argentinanın suveren reytinqini defolt səviyyəsinə endiriblər. İnvestorlar bu ölkədəki aktivlərini sataraq dollar formasında xaricə çıxarıb. Nəticədə Argentinanın Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard dollar azalıb. Hökumətin kapital axınını nəzarət tətbiq etməsi ilə vəziyyəti daha da gərginləşdirib.

1816-cı ildə müstəqilliyini əldə etdikdən sonra 8 dəfə borcunu ödəyə bilməyərək defolt olan Argentinanın ən böyük borc böhranı 2001-ci ildə olub. Ölkə 100 milyard dollarlıq borcunu ödəyə bilməyib və restrukturizasiyaya gedib. Növbəti defolt isə 2014-cü ildə baş verib və ölkənin beynəlxalq borc bazarına çıxışı ciddi şəkildə məhdudlaşıb. 2015-ci ildə M.Makrinin prezident seçilməsi ilə bir çox məsələlər həllini tapıb, aparılan struktur islahatlarını bazar iştirakçıları müsbət qarşılayıb. 2017-ci ildə Argentina istiqraz bazarında 16 milyard dollarlıq emissiya həyata keçirib və ən çox tələbat bu ölkənin 100 illik istiqrazlarına olub. Çünki onların illik gəlirliliyi digər ölkələrin oxşaq qiymətli kağızları ilə müqayisədə yüksək idi. 2018-ci ildə isə Beynəlxalq Valyuta Fondu (IMF) fiskal siyəsəti gücləndirmək şərtilə Argentinaya 57 milyard dollar kredit ayırıb. Ölkənin iqtisadi göstəricilərinin yaxşılaşması fonunda əsas fond birjası indeksi “Merval” 2014-2017-ci illərdə 100%-yaxın artım nümayiş etdirib. 

Mənbə: Financial Times

Ölkədə inflyasiyanın illik səviyyəsi isə 45%-dən 25%-ə düşüb və peso dollar qarşısında güclənib.

Mənbə: Financial Times

Bütün bunlara baxmayaraq, M.Makri söz verdiyi islahatları həyata keçirməkdə çətinlik çəkirdi. İqtisadiyyatın düzgün idarə edilməməsi, xammal (taxıl, qarğıdalı, soya və s.) ixracından asılılıq, yüksək məbləğdə borc növbəti böhranın gələcəyindən xəbər verirdi. 2017-ci ilin sonlarından başlayaraq ölkədə iqtisadi artım tempi azalmağa başladı. Argentinaya valyuta gətirən xammalların qıyməti 2014-cü ilə nisbətən 2 dəfə azaldı və ABŞ–Çin qarşıdurması nəticəsində vəziyyət daha da pisləşdi. Paralel olaraq həm tədiyyə balansının, həm də budcənin kəsiri artdı və hazırda da artmağa davam edir. Bir tərəfdən də sərt fiskal siyasət M.Makrinin xalq arasında nüfuzunun azalmasına səbəb oldu. Nəhayət sarsıdıcı zərbə ilkin seçkilərdə gəldi və sol populistlərin hakimiyyətə gəlmə ehtimalı gücləndi. Bu da səhm bazarı indeksini bir gündə 40%-ə azalması ilə nəticələndi.

MERVAL İndeksi

Mənbə: Bloomberg

Eyni zamanda bir müddət əvvəl yüksək tələbatla qarşılaşmış 100 illik dövlət istiqrazları yarı qiymətə düşdü. Peso isə kəskin devalvasiyaya uğrayaraq investisiyaların dəyərsizləşməsinə gətirib çıxardı.

ARS Peso dollar məzənnəsi

Mənbə: Bloomberg

Qisa müddət ərzində hər tərəfli tədbirlər həyata keçirilməsə, dövlət maliyyəsinin sağlamlaşdırılması yönündə addımlar atılmasa IMF də öz növbəsində 5,4 milyard dollarlıq redit tranşını gecikdirəcək və ölkə defolta bir addım da yaxınlaşacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam