Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə ABŞ qiymətli kağızlarının siyahısından çıxdı

 

Türkiyə ABŞ qiymətli kağızlarının siyahısından çıxdı
İyunda Türkiyə ABŞ dövlət borcuna yatırımlarını bir qədər də azaldaraq, nəticədə Amerika qiymətli kağızlarının ən böyük sahibləri siyahısından çıxıb.
 Yenixeber.org: A Maliyyə Nazirliyinin sənədlərindəki məlumatlardan belə nəticəyə gəlinib.

Qeyd olunur ki, hesabat ayı ərzində Ankaranın ABŞ dövlət borcuna yatırdığı pullar 28,8 milyard dollaradək azalıb. Mayda bu göstərici 32,6 milyard dollar olub. Türkiyə hələ ötən ilin noyabrından başlayaraq ABŞ dövlət istiqrazlarına investisiya yatırımlarını azaltmağa başlayıb. Həmin vaxt investisiyaların ümumi həcmi 61,2 milyard dollar təşkil edib, yəni indikindən 2 dəfədən də çox olub. Onu da bildirək ki, Türkiyənin dövlət borcları xarici valyuta ilədir, lakin Ankara maliyyə aktivlərini getdikcə dəyərini itirən türk lirəsi ilə saxlayır.

Türkiyədən başqa Rusiya da müvafiq siyahını mayda tərk edib. Rusiyanın ABŞdövlət istiqrazlarına yatırımları 48,7 milyarddan 14,9 milyard dollarək azaldılıb.

İyunun nəticələrinə görə isə Amerika qiymətli kağızlarının ən böyük sahibləri siyahısına Çin rəhbərlik edir. Onun ABŞ dövlət borcuna yatırımları 1,179 trilyon dollardır. Bu, may ayı ilə müqayisədə 0,4% azdır. Siyahıda ikinci yer Yaponiyaya məxsusdur – 1,03 trilyon dollar. Üçüncü dövlət isə 300,1 milyard dollar yatırımla Braziliyadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam