Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Orduya çağırış başladı

 

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başlanıb

 

"Xeberinfo.com":  Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş ölkə vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Çağırışçılar hərbi xidmət keçmə yerini əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytından öyrənə bilərlər. Bundan əlavə hərbi xidmət keçmə yeri haqqında məlumatı istənilən mobil operatorlardan 9100 nömrəsinə şəxsiyyət vəsiqələrinin yalnız nömrəsini (seriyasız) yazıb göndərməklə əldə edə bilərlər.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam