Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistanda yüzlərlə qadın zorakılığa məruz qalır - Rusiya KİV

Ermənistanda yüzlərlə qadın zorakılığa məruz qalır

Ermənistan ictimaiyyəti tərəfindən bu il ən geniş müzakirə olunan məsələlərdən biri də cinsi zorakılıq mövzusudur.

Yenixeber.org:   Müzakirələr ölkəyə könüllü işləmək üçün gələn Çex Respublikası vətəndaşı, Eva adlı 28 yaşlı rəssam qızın ötən ilin aprel ayında bir nəfərin ona sataşması barədə və başına gələn başqa buna bənzər hallar barədə xatirələrini bölüşməsindən sonra başlayıb. 

Belə ki, qız az qala mütəmadi olaraq cinsi sataşmalara məruz qaldığını bildirsə də, ölkədə bəzilərinin fikrincə, Ermənistanda “zorlamalar olmur, olsa da əcnəbi qadınların özlərinin təhriki ilə olur”. Buna baxmayaraq, Evanın hekayəti ta nazirlər, millət vəkillərinədək cəmiyyətdə geniş əks-səda doğurub. Hərçənd bir çoxları könüllü qızı xarici dairələrə işləyərək Ermənistana və ermənilərə qara yaxmaqda belə ittiham edirdilər.

Bununla belə, jurnalist və bloger Lüsi Köçaryan Evanın hekayəsini təfərrüatı ilə dərc etdikdən sonra bir çox qadınlardan çex qıza dəstək ifadəli, həmçinin özlərinin yaşadıqları hallarla bağlı məktublar gəlməyə başlayıb. Bunun nəticəsində fləşmob da yaranıb.

Həmin məktublardan birinin müəllifi 15 yaşındaykən başqasının doğum günü münasibətilə çoxlu qonaqlarla birgə bara dəvət olunduğunu, orada ayaqyolunda zorakılığa məruz qaldığını, həmin şəxsin də bu barədə ağzından söz qaçırsa, boğazını kəsəcəyi barədə hədə-qorxu gəldiyini, ona görə də nəinki valideynərinə, hətta mənəvi tənəzzül yaşadığına görə yanına göndərildiyi psixoloqa belə danışmadığını nəql edib.

“Bu məktublar bir qədər azalsa da, gəlməyə davam edir. Oradan ögey ataları tərəfindən zorlanan qızlar və buna inanmayan anaları, qohumları tərəfindən zorlanan və buna görə döyülüb-söyülən qızlar, nənələri tərəfindən ərzaq payı müqabilində uşaqbazlara “icarə” verilən qız uşaqları gözlər önünə çıxır. Lüsiyə müraciət edənlər arasında kişilər də var. Ənənəvi cəmiyyətdə kişinin anonim də olsa, zorlamadan gileylənməsi görünməmiş hadisədir”, - deyə Rusiya saytı bildirir.

“Ermənistanda qadınlar belə şeyləri öz adlarından açıb-ağartmaqdan hələ də çəkinirlər. Belə ki, ictimaiyyət bunu yaxşı qarşılamır. Ənənəvi erməni toplumunda qız humanitar diplom almalı, sonra ərə gedib uşaq doğmalı, ərinin də sözündən çıxmamalıdır. İndi həmin namuslu qızların erkən yaşlarda başına gələnlər haqqında birdən-birə ortaya atılan bu söhbətlər kəskin etirazla qarşılanır”, - deyə araşdırmada qeyd olunur. (Lenta.ru)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam