Əgər pullar Cargill şirkətinə gedibsə -Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?
Məşhur vəkil Adil İsmayılovun xatirələrini dərc etməkdə davam edirik Adil bəy yazır:
Yenixeber.org: Beynəlxalq Bank barəsində olan cinayət işinin materiallarına və ittiham aktına əsasən öyrəndim ki, əmtəəsiz əməliyyatlara görə ödənişlər “CARGİLL İNCORPORATED” şirkətinin
Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən “COMMERZBANK AC” bankında olan hesabına,
Niderland Krallığının Rotterdam şəhərində yerləşən “DEMİR HALK BANK” bankında olan hesabına,
İsveçrənin Cenevrə şəhərində yerləşən “CREDİT SUİSSE” bankında olan hesabına,
Avstriya Respublikasının Vyana şəhərində yerləşən “RAİFFEİSNLANDESBANK OBEROSTERREİCH AG” bankında olan hesabına,
Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yerləşən “DZ BANK AG DEUTSCHE ZENTRAL GENOSSENSHAFTSBANK” bankında olan hesabına
və “ Cargill” şirkətinin digər bank hesablarına keçirilmişdir.
Amma buna baxmayaraq 2017-ci ilə ABB-nin “Cargill” şirkətinə yuxarıda qeyd etdiyim kimi 715 milyon dolları borcu qalmışdır. Sual yaranır əgər ABB bu pulları istintaqın və məhkəmənin iddia etdiyi kimi “Cargill” şirkətinə ödəmişdirsə onda bu borc haradan yarandı? Yox əgər pul “Cargill” şirkətinə deyil başqa ünvana gedibsə bu ünvan sahibi kimdir?
Təəssüf ki, bu suallara istintaq materiallarında birbaşa cavab yoxdur. Beynəlxalq Bankın Cargill şirkətinin adı ilə yuxarıda adlarını çəkdiyim banklara və digər banklara pul köçürməsi məlumdur. Köçürmələrin edildiyi hesablar da məlumdur, amma bu hesabların Cargilə aid olub-olmadığı bilinmir. Cinayət işinin materiallarında istintaqın bu istiqamətdə hər hansı addım atdığı görünmür.
Bu məsələ ilə əlaqədar bir məqamı vurgulamaq yerinə düşər. Dünyamin Xəlilov kredit pulların hara göndəilməsi barədə belə ifadə verir: “Həmin vəsait xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədi ilə akkreditiv yolu ilə rəsmiləşdirilmiş və ayrılan vəsaitin hamısı «Oceanstream» İNC şirkətinin “Bank BSP”-də (İsveçrə) olan hesabına daxil olmaqla xərclənmişdir”.
«OCEANSTREAM» İNC ŞIRKƏTI BİR
ƏMƏLİYYATDAN İKİ DƏFƏ QAZANDI
Yuxarıda kreditə ayrılmış pulların Azərbaycandan necə çıxarılması barədə yazmışdım. Yazdıqlarımın daha aydın olması üçün bunu sadə dillə izah etməyə ehtiyac olmasını görürəm. Əvvəl-əvvəl bu mexanizm məni də çaş-baş salmışdı. Demək belə. Azərbaycan şirkəti (“Kondor”) Amerika şirkətindən (“Cargill”) 1 milyon dollarlıq taxıl almaq üçün müqavilə imzalayır. Beynəlxalq Bank bu məqsədlə “Kondora” 1 milyon dollar məbləğində kredit ayırır. Müqavilənin şərtinə görə bank geri çağırılmayan akkreditiv açır və həmin məbləğ 360 gündən sonra satıcı “Cargill”ə ödənir. “ Kondor” eyni gündə “Cargill”dən aldığı taxılı üzərinə 10 min dollar qoymaqla Panama şirkəti «Oceanstream»ə satır. Sonuncu isə yenə həmin gün taxılı ziyanla 900.000 dollara “Cargill”satır. "Cargill" həmin pulu dərhal "Oceanstream"ın hesabına köçürür. Beləliklə əslində heç bir əməliyyat aparılmadan daha doğrusu əmtəəsiz əməliyyat nəticəsində Amerika şirkəti bir ildən sonra 1 milyona qarşı 100 min gəlir əldə edir.
EDIBMI? Bu suala cavab yəqin ki Cargill və Beynəlxalq Bank, istintaq və məhkəmə verməli idi. Görünən odur ki, etməyib.Yeri gəlmişkən "Cargill" nədənsə sorğulara cavab vermir. Belə çıxır ki, əməliyyatdan yeganə qazanc əldə edən tərəf «Oceanstream» Panama şirkəti olub. Özü də bu şirkət ikiqat qazanc əldə edib. Əvvəlcə “Cargill”ə satdığı taxıla görə 900 min dollar alıb, sonra isə “ Cargill”ə çatacaq 1 milyon dollar da onun hesabına köçürülüb. Mənim gəldiyim nəticə bu idi. Bu işdə yeganə zərərçəkən tərəf isə Azərbaycan və onun vətəndaşları idi. Çünki dövlət “Cargill”ə dəymiş zərəri öz üzərinə götürdü. Mənə indiyə kimi də aydın deyil ki, niyə Panama şirkətinin borcunu biz ödəməliyik.
GƏLİB BU YAZININ KULMİNASİYA NÖQTƏSİNƏ ÇIXDIQ
«OCEANSTREAM» İNC ŞIRKƏTI İSTİNTAQA CƏLB EDİLİBMİ
Suala ətraflı cavab verəcəm və bilirəm ki, bu cavab hamınızı şoka salacaq, necə ki məni salmışdı. Öncə onu deyim ki, bank əməliyyatları sahəsində peşəkar olmadığımdan məsləhət üçün bir neçə qalstuksuz müəllimə müraciət etdim. Onlardan ağlabatan cavab ala bilmədim. Sonda Maliyyə Naziri Samir Şərifova müraciət edib məni qəbul etməsini xahiş etdim ondan da səs çıxmadı... Davamı olacaq. (tərəf)