Daxili İşlər Nazirliyinin (DİN) vəzifələri artırılıb.

Yenixeber.org:   BakuPost-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

Əldə edilmiş daktiloskopik məlumatların, bioloji material və məlumatların müvafiq olaraq ölkə üzrə vahid daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılmasını təmin etmək DİN-nin vəzifələri sırasına daxil edilib.

Nazirliyin digər yeni vəzifəsi genom qeydiyyatının aparılmasıdır.