Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Paşa Bank" tanınmış iş adamını məhkəməyə verib

"Paşa Bank" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.

Yenixeber.org: Məlumata görə,  Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Kredit müqaviləsi detallı məlumat yoxdur.

Məhkəmə iddianı təmin edib.

Hökmdən narazı qalan iş adamı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra N.Piriyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin cinayət işində hallanır.

Belə ki, hazırda davam etdirilən "Beynəlxalq Bank işi"ndə təqsirləndirilən Erxan Cavad dindirilən zaman "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürüb, həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb.

Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam