Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dövriyyəyə məşhur - “Cargill” şirkəti girir .......

 
Məşhur vəkil Adil İsmayılov öz xatirələrini sosial şəbəkədə bölüşməkdə davam edir. Biz teref.az olaraq bu xatirələri təqdim edirik. Adil İsmayılov Beynəlxalq Bankdan 100 milyonlarla dolların Azərbaycandan necə çıxarılması mexanizlərindən yazır:
Yenixeber.org:  İndi “Kondor qrup”MMC-nin timsalında Beynəlxalq Bankdan götürülmüş kreditlərin Azərbaycandan hansı yolla çıxarılmasını diqqətinizə çatdırmaq istəyirəm. 
DIQQƏTLƏ OXUYUN
5 aprel 2007-ci ildə Nizamnamə fondu 100 manat olan “Kondor qrup”MMC təsis edilir. 13 aprel 2007-ci ildə MMC “Cargill, incorporated” Amerika şirkətindən ümumi məbləği 6.100.000 (altı milyon yüz min) dollar təşkil edən qarğıdalı alınması barədə müqavilə imzalayır. Həmin müqaviləni Beynəlxalq Banka təqdim edərək satıcı şirkətə ödənməsi üçün bu məbləğdə kredit ayrılmasını xahiş edir. Bank kreditin ayrılmasına dərhal razılıq verir. 23 aprel 2007-ci ildə “Kondor qrup”MMC həmin qarğıdalını Azərbaycana gətirmədən üzərinə azacıq gəlir qoymaqla elə Amerikada “Oсeanstream İNK” (Panama) şirkətinə satır. O isə öz növbəsində bu qarğıdalını yenidən bir qədər ucuzuna təzədən “Cargill” şirkətinə satır. Bundan bir gün sonra 24 aprel 2007-ci ildə eyni əməliyyat təkrar olunur. Bu dəfə alqı-satqının predmeti 3.600.000 ( üç milyon altı yüz) dollarlıq taxıl məhsulları olur. Bu qaydada 24-25 sentyabr 2007-ci il və 04 iyun 2008-ci ildə daha 3 əməliyyat keçirilməklə cəmi 5 halda 28.200.000 (iyirmi səkkiz milyon iki yüz min) dollarlıq əməliyyat təkcə “Kondor qrup”MMC “ vasitəsi ilə həyata keçirilib.

“CARGILL” ŞIRKƏTI BARƏDƏ NƏ MƏLUMDUR

Əvvəlki yazını oxuyanda istər-istəməz sual yaranır ki, “Cargill” şirkəti bu əməliyyatlarda nə rol oynayır və onun marağı nədir? Cavab verim ki, “Cargill” şirkəti öz satdığı malı eyni gündə 9 % ucuz almışdır. Ümumilikdə 2006-2015-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankının üzərindən “Cargill” şirkətinin iştirakı ilə 100 milyonlarla dollarlıq bu cür əmtəəsiz əməliyyat həyata keçirilmişdir. Hər yüz milyonda 9 milyon gəlir Amerika üçün böyük rəqəmdir. 
2018-ci ildə mən bu şirkət barədə status paylaşanda mənə ağıl öyrətməyə girişən bir neçə gözəgirən peyda oldu. Onlar bu gün də paylaşdığım statusun altında gözə girirlər. Fuad Gasimov adlı birisi o vaxt mənə sual ünvanlamışdı:
Cargill şirkətini tanımırsınız?)) Cargill qlobal bir korporasiyasıdır, Amerikada yerləşir... 125-dən çox ölkədə fəaliyyət göstərir, dünya üzrə 155 min adam çalışır bu şirkətdə. 150 ildir fəaliyyət göstərən şirkət hazırda gəlirləri baxımından ABŞ-da ən böyük fərdi şirkətdir. Cargill 2017-ci ildə 136,7 milyard dollar gəlir əldə edib. 
Bu da bizim məhşur və tanınmış vəkilimiz, Allah sizə kömək olsun, heç olmasa google-da axtarış verərdiz sonra yazardınız)))

Dostluğumda olan iqtisadçı Qulu İbrahimli Cargill barəsində link paylaşdıqdan sonra Kamran Seyidzade adlı birisi Qulu muellim arada bu vəkillərə dunya iqtisadiyyatından və ticarətindən dərs keçin..Cargill-i tanıyan varmı???))) şərhini yazdı.

Yenə üzümü “hörmətli” trolsaxlayanlara və gözəgirənlərə tutub deyirəm. Mən Cahangir Hacıyevin vəkili deyiləm, olmaq fikrim də yoxdur. Bu yazıya başlayanda da bunu demişdim. Heç bir vaxt sifarişli yazı yazmamışam və bundan sonra da yazmaq fikrim yoxdur. 
Başa düşürəm ki, yazdıqlarım müəyyən dairələrdə narahatlıq yaradır.O vaxtda indi də eyni vaxtda bir neçə nəfər məni bilmədiyim məsələlərdən danışmaqda, ara qarışdırmaqda ittiham edən şərhlər yazır. Bir də təkrar edirəm bilmədiyim şeylərdən heç vaxt danışmıram. Mən yazdıqlarımın məsuliyyətini dərk edirəm, “Cargill” şirkəti barəsində yazmamışdan əvvəl də kifayət qədər araşdırmışam. Məlum olub ki, bu şirkət kənd təsərrüfatı məhsulları ilə yanaşı pul satmaqla da məşğuldur.
Bu şirkətin sayəsində Ukraynanın iki bankı da müflis olub. Və nəhayət Azərbaycan Beynəlxalq Bankının 2 milyard 300 milyon ABŞ dollarıxarici borcunun 715 milyon dolları təkcə Cargill şirkətinə olan borcdur. Öhdəliyin növü ticarətin maliyyələşdirilməsi göstərilmişdir. Növbəti yazıda bu borc məsələsinə qayıdacam... davamı olacaq

Redaksiyamız bu xatirələrlə bağlı hər bir şəxsin mövqeyini işıqlandırmağa hazırdır!
(Teref)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam