Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abutalıbovun şirkəti “Velotrek”in ərazisinə də sahiblənib

 

Bakının köhnə avtovağzal ərazisində göydələnlərin tikintisi sürətləndirilib.

"Xeberinfo.com":  Məlumata görə, Uzun müddət mübahisəli ərazi olaraq qalan vağzal massivində artıq neçə vaxtdır ki, iş gedir. Ərazi hasarlanıb, ağır texnika gətirilib və tikinti işləri həyata keçirilir. Əslində avtovağzalın köçürülməsindən sonra yaranmış qeyri-müəyyənlik 4 il davam etdi və hətta dövlət qurumları arasında çəkişmə də yarandı.
Ancaq bu qarşıdurmada Bakı meri Hacıbala Abutalıbov qalib çıxdı desək, yanılmarıq. Abutalıba yaxınlığı ilə seçilən “Effekt 2011″ MMC tikinti şirkətinin vağzal ərazisində gördüyü işlər intensivləşib.
Ümumiyyətlə, əvvəldən bu yerin yeni binalar üçün tikinti meydançası olacağı deyilirdi. Hətta Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov qeyd etmişdi ki, köhnə avtovağzal kortəbii tikildiyindən infrastruktur baxımından normal şəraitə malik deyil. Ancaq burada göydələnlər inşa etmək olar. Və belə də oldu. Hazırda ərazidə iş davam edir. 2009-cu ildən etibarən cərimə meydançası kimi istifadə olunan sahə genişləndirilir.
2abYenilik ondan ibarətdir ki, köhnə avtovağzalın ərazisində göydələn tikintisi “Velotrek”in sahəsinə girməyə başlayıb. Velosiped ərazisinin bir hissəsi də onun ərazisinə qatılıb. Axar.az-ın məlumatına görə, “Velotrek”in boş qalan hissəsi alınıb və rəsmiləşdirilib. Sayt yazır ki, vağzalın yerində yeni binalar inşa olunaraq satışa çıxarılacaq. Planda şəhərin bu hissəsini yaşayış massivinə çevirmək nəzərdə tutulub.
Elə gənclər və idman naziri Azad Rəhimov da jurnalistlərə açıqlamasında demişdi ki, orada sıxlıqdır, binalar var, insanlar çoxdur: “Ona görə də velosiped sürmək üçün çətinliklər var. Ola bilsin ki, yeni ”Velotrek” tikilsin və hazırda olan “Velotrek” isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qaytarılsın”.
Məlumatlara görə, komitə ilə “Effekt-2011″ MMC arasında məsələ həllini tapıb. Ona görə də velosiped sahəsinin bir hissəsi tikinti üçün ”peşkəş” olunub. Bununla belə, vağzalın iş getməyən sahəsi hələ də avtomobillərin cərimə meydançası kimi istifadə olunur.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam