Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Sovetski” sakinləri qiymətlərlə razılaşmırlar

 

 

 

     "Xeberinfo.com": “Sovetski”də hələlik heç bir yenilik yoxdur. Daha dəqiq desək, mənzillərinin sahəsi kiçik olan vətəbdaşlara verilən kompensasiynın artırılması məsələsində razılıq əldə olunmayıb.

Vətəndaşlar hələ də ümidlə veriləcək vəsaitin artırılacağını gözləyirlər.

 

“Yalandan da deyirlər ki, kim istəmir evindən çıxmaya bilər”

 

Fuad Dərgahov son bir ayda susqunluq olduğunu bildirir: “Buradan 400-500 ailə köçməyə razı ola bilər. Hansıların ki, evlərinin sahəsi 100-150 kvadrat metrdir. Qalanlarını bu məbləğ qane etmir. Götürək elə məni. Mənzilimin sahəsi 16 kvadrat metrdir. Evimin bütün sənədləri qaydasındadır. Evimin sahəsi az olsa da, bilirəm ki, yaşamağa yerim var. 16 kvadrata hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? 24 min manatla kimin qapısını döymək olar?”.

Fuad Dərgahovun fikrincə evinin yaxınlığında tikilən binadan mənzillərin qiymətini soruşub. Məlum olub ki, həmin ünvanda təmirli evlərin kvadratı 3500 manatdan başlayır.

“Problem həll olunandan sonra camaatın evini sökməlidirlər. Ə vvəlcə bizə dedilər ki, kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta bir ara söylədilər ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Bir müddət sonra kvadratı 2500-3000 manatdan kompensasiya ödəyəcəyik deyib insanları çaşdırdılar”.

“Sovetski”də başqa bir problem vətəndaşlara zorla müqavilə kağızlarına imza atdırmaqdır. Sakinlərin sözlərinə görə, mətbuat bu məsələyə həssas yanaşdığına görə hazırda işlər səngiyib.

“Əvvəllər qapı-qapı düşüb sakinləri öncədən hazırlanmış müqavilələrə imza atdırırdılar. Guya hər kəs hökümətin təyin etdiyi kompensasiyadan razıdır, evlərinin sökülməsinə etiraz etmir. Ancaq hamı bilir ki, 1500 manatla heç yerdə ev almaq olmaz. Yalandan da deyirlər ki, kim istəmir evindən çıxmaya bilər. Camaatın evini köçürəndən, ərazini hasara alandan, işıq, qaz, su xətlərini kəsəndən sonra kim burada qalacaq? Hamı məcbur olub gedəcək. Düzdür, heç kimin evini başına uçurmayacaq, ancaq gözə görünməyən təsir vasitələriylə bizə təzyiq edəcəklər”, - deyə sakinlər bildirirlər.

 

“Ərazini 4 min manata satıblar, bizə isə 1500 manatdan kompensasiya verirlər”

 

Vətəndaşlar iddia edirlər ki, ərazidə yaşayan, “yuxarı”larla əlaqəsi olan sakinlər bazar qiymətlərinə uyğun kompensasiya almağa nail olub: “Elə insanlar var ki, onlar heç bir narazılıq etmədən köçüblər. Əksəriyyətinin də mənzilinin sahəsi böyük deyil. Əvvəlcə buna təəccübləndik, ancaq sonradan öyrəndik ki, onlara yaxşı pul verilib. Biz dəqiq yerini bilmirik, ancaq “Sovetski”nin bir hissəsini şirkətlər alıb, həmin ünvdan binalar tikəcəklər. Hətta deyilənə görə, hökumətə kvadratı 4 min manatdan pul ödəyiblər. Ancaq söküntü işlərini həyata keçirənlər camaata aldıqları pulun yarısından da aşağı kompensasiya təklif edirlər. Gələn il keçiriləcək olimpiya oyunlarına görə, buranı tam sökmək istəyirlər. Məqsədləri budur ki, xarici qonaqlara Bakının gözəl olduğunu göstərsinlər. Bəs, camaatı niyə incidirlər? Bizə də normal pul versinlər, özümüzə ev alaq”

“Bakının “Sovetski” məhəlləsində söküntü sahəsinə düşən yaşayış və qeyri-yaşayış sahələri dövlət tərəfindən alınırsa, həmin ərazilərin tikinti üçün özəl şirkətlərə satılmasından söhbət gedə bilməz” - bunu APA-ya açıqlamasında “Sovetski”də söküntü işləri aparılacaq ərazilərin çoxmərtəbəli binaların tikintisi üçün artıq ayrı-ayrı tikinti şirkətlərinə satıldığı barədə yayılan məlumatlara münasibət bildirən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov deyib.

Onun sözlərinə görə, ərazidə söküntü işləri gündəmə gəlməzdən bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti bəzi tikinti şirkətlərinə həmin ərazidəki müəyyən sahələrdə tikinti işləri aparmaq üçün sərəncamlar verib: “Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Abdulla Şaiq küçəsində bir tikinti şirkəti tərəfindən ərazi alınıb. Həmin ərazi söküntü sahəsinə düşdüyü üçün hazırda Komissiya ilə tikinti şirkəti arasında o ərazinin geri alınması ilə bağlı danışıqlar aparılır. Ancaq “Sovetski” məhəlləsində elə ərazilər də var ki, söküntü sahəsinə düşmür. Bunlardan biri də Balababa Məcidov küçəsidir. Hələ söküntüdən bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bir tikinti şirkətinə orada tikinti işləri aparmaq üçün sərəncam verib. Hazırda Balabala Məcidov küçəsi söküntü sahəsinə düşmədiyi üçün Komissiya ilə o şirkət arasında həmin ərazinin geri alınması barədə danışıqlar aparılmır”.

 

“Tavan başımıza uçur, döşəmə sınıq-salxaqdır”

 

Məlumatlara görə, söküləcəyi planlaşdırılan bəzi evlərin artıq təmirinə başlanılıb. Təmir işləri “Sovetski”nin bir neçə küçəsində yerləşən fərdi yaşayış evlərində aparılır. Abdulla Şaiq, Balababa Məcidov kimi küçələrdə yaşayan sakinlər mənzillərinin təmirinə başlayıblar. Üstəlik, təmir işləri rayon icra hakimiyyətinin nəzarəti altında aparılır.

Onların mənzilinin bir hissəsi uçub: “Köhnənin evidir. Babamdan bizə qalıb, 50 ildir mən burada yaşayıram. 70-80 ilin evidir. İndi uçulub. Biz də icra hakimiyyətinə müraciət etdik ki, əgər bizə normal pul vermirlərsə onda mənzilimizi təmir edib yaşayaq. İcra hakimiyyətindən bildiridlər ki, sizing növbəyə hələ var, dəqiqləşdirilməyib. Tavan başımıza uçur, döşəmə sınıq-salxaqdır, məcbur olub təmir etdirdik. Bizi köçürsələr kompensasiyadan başqa gərək təmirin də pulunu ödəsinlər”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam