Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Avtovağzal” metrostansiyasının açılışının gecikməsinə səbəb nədir?

 

Avtovağzal” metrostansiyasının açılışın yubadılmasının səbəbləri bəlli olub.
"Xeberinfo.com":  Məlumata görə, yeni metrostansiyanın rəsmi açılışı bu ilin sonuna palanlaşdırılsa da, açılış 2015-ci ilin ortalarınadək təxirə salınıb. Səbəb isə metroda  yeraltı su axınının tunelə axması və bunun qarşısının hələ də alına bilməməsidir. Belə ki, metro tuneli tikinti zamanı bu yeraltı su axıntısının qarşısı  qısa müddətə alınsa da, bu çox çəkmədi və güclü su axını tunelə axmaqdadır. Bu da öz növbəsində ciddi problemlər yaradır. Hazırda  su axının qarşısının alınması istiqamətində ciddi işlər aparılır. 
Mənbə onu da əlavə etdi ki, yeraltı su layları mütəmadi olaraq  bakı metrolarına ciddi problemlər yaradır. Hələ vaxtı ilə “Elmlər Akademiyası” metrostansiyası tikintisi zamanı  bu yeraltı sular tikintini vaxtında başa çatdırmağa imkan vermədi və metronun istifadəyə verilməsi xeyli yubandı.
 Hazırda  “Elmlər akademiyası", "Nizami” və “28 May” metrostansiyaları arasında bu problem yaşanmaqdadır. Düzdür artıq  burada suların axını üçün şərait yaradılıb ki, bu da metronun fəaliyyətinə mane olmur. Amma yeni “Avtovağzal” xəttinə  yeraltı suların axıdılması üçün şərait olmadığından bu ciddi problem yaradır. Hazırda bu istiqamətdə iş gedir ki, o sular hara axıdılsın. 
Hətta mənbə onu da əlavə etdi ki, o ərazi vaxtı ilə bataqlıq olduğundan və yeraltı sular çox olduğundan Beynəlxalq  Avtovağzal Kopmleksi üçün də təhlükə yaradır. Belə ki, son bir neçə ildə Avtovağzalda çökmə halları müşahidə olunmaqdadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam