Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cavid Qurbanovun adı tender oyunlarında hallanır- YENİLƏNİB

 

 

 

 

              Tenderlərin “qalibi” Qalib Həsənovla icra başçısını nə birləşdirir?

 

     

 

 

       “xeberinfo.com”: Ağdam rayonunun sabiq icra başçısı Həsən Sarıyev vəzifəsindən azad edildikdən sonra onun dövüründə bu rayonda söz sahibi olan məmurlar mövqelərini itirdikləri kimi, rayonun işğal olunmamış ərazilərində tikinti və təmir işləri aparan işadamlarının da “bazar”ı bağlandı. Məlumata görə hətta Həsən Sarıyev hakimiyyətinin son günlərinə kimi tikinti və təmir işləri həyata keçirən, ancaq Ağdamda icra başçısının dəyişməsi ilə pulunu ala bilməyib, zərərə düşənlər də olub.

    Lakin bir nəfər də var ki, Ağdam rayonuna Həsən Sarıyev başçılıq edəndə də, onu bu vəzifədə Nizami Sadıqov əvəz edəndə biznes imkanlarını saxlaya bilib. Bu şəxs əslən Kəlbəçər rayonundan olan, hal-hazırda Bərdə rayonunda məskunlaşmış Qalib Həsənovdur. Onun əslən Kəlbəcər rayonundan olması və dövlət sifarişi ilə həyata keçirilən bir sıra tenderlərin “qalibi” olması bu şəxsin əslən Kəlbəcərdən olan millət vəkili, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovla bağlılığı olması haqqında iddiaların ortaya çıxmasına səbəb olub.

    Lakin iş adamı öz bu iddiaları rədd edir. Ancaq Qalib Həsənovun həm Həsən Sarıyevin, həm də Nizami Sadıqovun zamanında Ağdam rayonunun işğal olunmamış ərazilərində büdcə vəsaitləri hesabına həyata keçirilən əsas tikinti və təmir işlərini qazanması bu şəxsin güclü himayəsinin olmasından xəbər verir. Həm də Qalib Həsənovun yalnız Ağdam rayonunda deyil, başqa rayonların ərazisində tikinti və təmir işləri həyata keçirməsi onun güclü himayəyə sahib olması kimi qəbul edilir. Əlbəttə, indi Qalib Həsənovun iş gördüyü rayonların sakinlərini narahat edən bu deyil.

   Rayondakı mənbəmizdən “xeberinfo.com”ya daxil olan məlumata görə, Qalib Həsənovun Ağdam rayonunun işğal olunmamış ərazilərində gördüyü işlərdən narazı olan rayon sakinləri dəfələrlə müxtəlif dövlət qurumlarına şikayət ediblər. Lakin, sonradan həmin şikayətçilər ram ediliblər və şikayətlərini geri götürməli olublar. Məlumata görə, bu məsələdə Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Nizami Sadıqovun da müəyyən rolu olub. Hətta bəzi şikayətçilərdən icra başçısı şəxsən xahiş edib. Belə məqamlar isə sabiq icra başçısı Nizami Sadıqovla bir neçə şirkətin sahibi Qalib Həsənov arasında hansısa işbirliyinin olması haqqında Ağdam rayon sakinləri arasında söz-söhbətlərin yaranmasına səbəb olub. Qeyd etdik ki, Qalib Həsənov bir neçə şirkətin faktiki sahibidir və həmin şirkətlər Ağdam rayonunda büdcə vəsaitləri hesabına həyata keçirilən əsas tenderlərin “qalibi” olurlar. Məsələn, Bərdə şəhəri Məhsəti küçəsi, 4 saylı evdə qeydiyyatda olan “Murovdağ-2012” Məhdud Məsuliyyətli Cəmiyyəti rəsmən Sərxan Abbasova məxsus olsa da, etibarnamə ilə Qalib Həsənova verildiyi haqqında məlumat var. “Murovdağ-2012” MMC-i isə Ağdam rayon İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla bir neçə ərazi icra nümyəndəliyinin inzibati binasının təmiri ilə bağlı tenderləri qazanıb. Məsələn, Ağdam rayon Çəmənli kənd ərazi nümayəndəliyinin inzibati binasının təmir işləri ilə bağlı keçirilən və dövlət büdcəsinə 25 500 manata başa gələn tenderi “Murovdağ-2012” MMC-i qazanıb. Ağdam rayon sakinləri isə iddia edirlər ki, Çəmənli kənd ərazi nümayəndəliyinin inzibati binasının təmirinə sərf edilən vəsaitin üzərinə bir qəədr əlavə edilsəydi nümayəndəliyin hazırkı binası boyda bina tikmək olardı. Ancaq görünür  Ağdamlıların başqa bir məlumadan xəbərləri yoxdur. Belə ki, Ağdam rayon Qaradağlı kənd ərazi nümayəndəliyinin inzibati binasının təmir işləri dövlət büdcəsinə 30 min manata başa gəlib və bu işlə də bağlı tenderi “Murovdağ-2012” MMC-i qazanıb.

    Qalib Həsənovun bir neçə şirkətin faktiki sahibi olduğunu qeyd etmişdik. Məlumata görə, onların arasında yalnız biri, “Təmir Tikinti Quraşdırma Təchizat” MMC-i onun öz adınadır. “Səhrud İnşaat” MMC- isə Qalib Həəsnovun oğlu Səhrud Həsənlinin adına rəsmiləşdirilib. Ancaq bu da son deyil.

   Ağdam rayonundan aldığımız məlumata görə, “Tikinti-2011” MMC-i də Sərvam Məhərrəmov adlı şəxsə məxsus olduğu göstərilsə də, əslində bu şirkət də Qalib Həsənova məxsusdur. Onların Qalib Həsənova məxsusluğu yalnız Ağdam rayon sakinlərinin iddialarından ibarət deyil. Bəzi hüquqi sənədlər də belə düşünməyə imkan verir. Qalib Həsənovun bu şirkətlərinin tender əməliyyatları, eləcə də iş adamının Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Nizami Sadıqovla və 11 saylı Ərazi Vegilər İdarəsinin əməkdaşları ilə münasibətlərinə həsr olunmuş araşdırmamız isə davam edir.

  Bu gün (17.04.2014) isə Ağdam rayonundan yeni məlumatlar əldə etmişik. Rayondakı mənbəmizin verdiyimi məlumata görə, icra başçısının dəyişməsi bir sıra səlahiyyət sahibləri kimi Qalib Həsənovun da "kürkünə birə salıb". İndi Qalib müəllimi təşvişə salan odur ki, sabiq icra başçısı Nizami Sadıqovla birgə həyata keçirdikləri "özününküləşdirmə" əməliyyatının hesabı yalnız bundan sorulacaq. Bunun isə nə demək olduğunu, necə nəticələnəcəyini hər kəsdən yaxşı elə Qalib Həsənov özü bilir.

 

 

   

    Biz qeyd olunan iddialara cənab Qalib Həsənovun da mövqeyini öyrənmək istədik, təəssüf ki, alınmadı.

 

 

 

     Qasım


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam