Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

GÜRCÜSTAN KEŞİKÇİDAĞA GÖRƏ NƏLƏRİ İTİRƏ BİLƏR?“-Qərb, xüsusən də amerikalılar durumu qarışdırırlar” – Təhlil

Mira Həsənova

regnum.ru, 16.07.2019

 

2019-cu il iyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində təhqirli ifadələri özünə caiz bilən və radikal köklənmiş bir qrup Gürcüstan vətəndaşının Keçikçidağ mağara kompleksinin (David Qareci monastırının) yaxınlığında Azərbaycan sərhədçilərinə hücumu Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradzeni Azərbaycan Xarici İşlər Nazirliynə dəvət etməyə səbəb olub.

Yenixeber.org: XİN baş verənləri Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq ruhuna zidd  hərəkət və iki müttəfiq ölkə arasında qarşıdurma yaratmağa yönəlmiş fitnəkarlıq kimi dəyərləndirib. Bakı Tiflisdən bu hadisəni araşdırmaq və uyğun tədbirlər görməyi tələb edib. Gürcüstan tərəfi hadisəni Gürcüstan və Azərbayacanın strateji münasibətlərinə uyğun gəlmədiyi ilə razılaşıb və ekspert qruplarının və delimitasiya komissiyalarının görüşlərini davam etdirməyə “tam hazır olduğunu” ifadə edib, habelə fitnələrdən yayınmaq üçün ictimai güclər tərəfindən maksimal təmkin göstərməyin önəminə diqqət çəkib. Bu arada, Azərbaycan sərhədçilərinin məlumatına görə, insident ən qısa müddətdə aradan götürülüb, şəxsi heyət sözügedən sahədə təhlükəsizlik tədbirlərini təmin edib.

Azərbaycan və Gürcüstan sərhədçiləri arasında görüş olub, baş verənləri birgə araşdırmaq təşkil edilib və gələcəkdə belə hadisələri qabaqlamaq üçün tədbirlər müzakirə olunub. Təsadüf belə gətirib ki, Bakıda məhz bu günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin üçtərəfli toplantısına qatılmaq üçün Tiflisdən nümayəndə heyəti gəlib. Onların gündəliyi başqa olsa da, şübhə yoxdur ki, Keçikçidağdakı hadisə də müzakirələrin predmeti olub. Gürcüstan DİN durumu nəzarətə götürüb. Tərəflər sərhədlərin delimitasiyası üzrə cari ilin mayında yaradılmış birgə komissiyanın normal işini təmin etməkdən ötrü maksimum səylər göstərirlər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov hadisə ərəfəsində bildirib ki, komissiyanın, ola bilsin, Tiflisdə baş tutacaq artıq sıradakı toplantısında “önəmli qərarlar alına bilər”.

Hər iki dövlətin strukturlarının ləyaqəti üçün deyilməlidir ki, məsul şəxslər duruma opreativ reaksiya verib və fitnəkarlara durumu böyütməyə və Bakı və Tiflisin strateji tərəfdaşlığına ziyan vurmasına yol verməmək üçün gərəkli tərdbirlər alıblar.Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov etiraf edib ki, ekspertlər səviyyəsində müzakirələrin gedişində artıq hər iki tərəfdən fikirlər səslənir ki, iki qonşu dövlət arasında formalaşmış dostluq münasibətləri və strateji tərəfdaşlıqkimisə ciddi narahat edir. Ölkələri baş-başa toqquşdurmaq istəyən güclər var. O, ümidini ifadə edib ki, “Azərbaycan və Gürcüstan xalqları belə hallarda bundan sonra da sakitlik və müdriklik göstərəcək, duyğulara sərbəstlik verməyəcək, uyğun rəsmi instansiyalar isə bu hadisəni törədənlərin və iki dost ölkə arasında gərginlik yaratmaqda maraqlı olanların kimliklərini prinsipial qaydada müəyyən edəcək, onları cəzaya cəlb etməyi təmin edəcək”.

Həsənov təəssüflə qeyd edib ki, baş verən hadisələrdə müəyyən güclərin geopolitik maraqları və onların daxili siyasi prosesləri manipulyasiya etmək cəhdləri açıq üzə çıxır. Gürcüstan və Azərbaycanda xarici təsirə məruz qalan bəzi əlaqədar siyasi qruplar belə bir incə məqamda baş vermiş hadisədən hakimiyyət uğrunda mübarizə üçün yararlanmağa çalışırlar. Amma Gürcüstan-Azərbaycan münasibətlərində, əslində, nə baş verir, böhranı kim törədir, bu kimə əlverişlidir, yaranmış durumdan çıxış yolu varmı və hansıdır? Bakı politoloqu Tofiq Abbasov hadisələrə baxışınıRegnum İA ilə bölüşüb.

Onun fikrincə, Gürcüstan hökuməti ölkədə durumu nəzarətə götürməklə bağlı prinsipcə çətinliklər yaşayır. O cümlədən Azərbaycan yönündə. Tiflisin bir neçə cəbhədə oyuna vadar edildiyi mənzərə göz qabağındadır. Rusiya istiqamətində əvvəllər Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun sədrliyi kimi formal texniki bəhanədən istifadə olunub. Kiçik hadisə bütün ölkə üçün risk amilinə çevrilib, dalğavari qarışıqlıq başlanıb. Nümayişçilərin artıq Rustaveli prospektini və parlamentin qarşısındakı meydanı tutduqları etirazların gedişində etirazçılar içindəantiazərbaycan çağırışları səslənib, David Qareci monastırını xatırladan transparantlar ortalığa çıxıb, kütlə bu kompleksin Gürcüstana məxsusluğu haqda çağırışları ahənglə səsləndirib. Tofiq Abbasov Bakının bir çox politoloqları ilə razılaşmayaraq deyir: “Mən düşünməyə meylliyəm ki, Gürcüstan Respublikası üçün alovlu musiqi sifariş edən xarici güclər var və özlərinin təsir rıçaqlarını gücləndirmək üçün onu xaosa soxmaq istəyirlər. Əlbəttə, avantüraya gedən marginal güclər də var, amma onları öz planlarının orbitinə kim çəkir? Bu, Rusiyann Cənubi Qafqazdakı maraqlarına qətiyyən uyğun gəlmir, çünki Rusiya sərhədlərinin bütün perimetri üzrə onu qaynar nöqtələrlə, qeyri-sabit zonalarla çevrələmək Qərbin, Amerikanın planıdır. Rusiya prezidenti Vladimir Putin deputatların təkidli tələblərinə baxmayaraq, Gürcüstana münasibətdə sanksiya tətbiqindən imtina edib, Rusiya elitası qəfil meydana çıxan çağırışa olduqca təmkinlə yanaşıb, Moskva göstərib ki, bu yöndə sabitləşmə onun maraqlarına cavab verir”.

O, hesab edir –  çox ehtimal ki, durumu Qərb, xüsusən də amerikalılar  yırğalayırlar. Gürcüstan hökumətini, bölgədə güc bölgüsünü dəyişdirməklə. Çünki Gürcüstan ən böyük energetika və nəqliyyat axınları yolunda əlaqələndirici bənddir:“Antiazərbaycan əhvalını qızışdıran güclər fitnəkar və radikalları yönəldirlər, Gürcüstanda sabitliyi pozmaqda maraqlıdırlar ki, mərkəzi hökumət zəifləsin, Azərbaycanın simasında davamlı tərəfdaşların münasibətlərinə çiv vurulsun. Və ən başlıcası, daxil-siyasi şərait yenidən formatlansın və növbəti inqilabi dalğaya nail olunsun. Rusiya deputatının iştirakı ilə pravoslav Assambleyası ilə bağlı hadisə baş verəndə etirazçılar sürətlə qruplaşdı, mərkəzi küçələri doldurdu və hökumətin istefası, parlamentə təkrar seçkilər siyasi tələblərilə çıxış etməyə başladılar. Yəni onlar hakim klasteri parçalamaq, onu müxtəlıif tərəflərə ayırmaq, Gürcüstanı ənənəvi Rusiya amili orbitindən və ənənəvi dayanıqlı tərəfdaşlığa yönəlməkdən çıxarmaq üçün yeni inqilaba zəmin qurmaq məqsədi güdürdülər. Buna baxmayaraq, Moskva isə Gürcüstanla gələcək birgə fəaliyyət haqqında perspektiv planlara malikdir. Burada söhbət təkcə Azərbaycandan deyil, həm də Türkiyədən gedir. Biz Qərb dövlətlərinin Azərbaycan-Gürcüstan tandeminə dağıdıcı zərbə vurmaq, bununla da Ankaranın mövqeyini zəiflətməkdə silsilə cəhdlərin üzə çıxdığı Türkiyə-AB və Türkiyə-ABŞ oxları üzrə kəskinləşmə müşahidə edirik. Burada hibrid texnologiyadan istifadə olunur. Axı üç dövlət son on illər boyu işbirliyinin olduqca uzlaşdırılmış sistemini yaradıb, ümumi səylərlə əlverişli geoiqtisadi şərait qurub və miqyas çox şey vəd edir”. Politoloq vurğulayır: “Energetika, nəqliyyat-kommunikasiya infrastruktur layihələri ilə yanaşı indi xüsusi önəm ifadə edən mədəni-humanitar yöndə münasibətlər də inkişaf edir, çünki Qərbin mühafizəkar gücləri kürəsəlləşmə planı ətrafında birləşib, onlar mümkün olan hər şeyi özlərinə tabe etmək istəyirlər. Onlar faktiki olaraq mədəniyyətlərarası dialoqu qəti şəkildə sarsıtmağa şərait yaradan fəaliyyətə başlayıblar. Bu güclər Avropaya doğru mühacir axını göndərib, təkcə ərəb ölkələrində durumu qarışdırmayıb, Avropa qitəsini yenidən qurmaqla məşğul olublar. Kürəsəlçilər faktiki olaraq bütün kürəsəl layihələr, dünya geoiqtisadiyyatı üzərində geostrateji nəzarət qurmaq, sərfəli müştəriləri paylaşmaq və seçməyə dair idarə edilən vahid mühit yaratmaqla kommersiya hədəfi güdürlər”.

Abbasov deyir – uyğun olaraq, Qafqazda yaranmış effektli Azərbaycan-Gürcüstan-Türkiyə konfiqurasiyası bu güclərin ürəyincə deyil. Bu, kiminsə maraqlarını təhdid edir, burada söhbət sırf geoiqtisadiyyatdan və Avrasiya inteqrasiya layihəsindən gedir. Bu üç dövlət həm də Avropa inteqrasiyası yönündə olduqca uyğun şəkildə işləyir. Onun fikrincə, Gürcüstanı amansız, qarışdırıcı planlar üçün arena seçiblər ki, bir yandan, daxili asayiş laxlasın və birlik pozulsun. Kiməsə gərəkdir ki, öz adeptlərini hakimiyyətə gətirmək üçün bu ölkə təslim olsun. Amerikalılar həmişə bu uğurda çıxış ediblər ki, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Ukrayna kimi ölkələrdə hakim qrupların çevik, sürətli əvəzlənməsi olsun ki, güclülər hakimiyyətdə uzun müddət qalmasın. Strateji baxışlarda Qərb çevrələrilə razılaşmaq istəməyən siyasətçilər Qərb dövlətlərinin, o cümlədən amerikalıların maraqlarına cavab vermir. Onlar inamla “yox” deməyi, öz ölkəsinin mövqeyini qorumağı bacaran dövlətlərin liderlərini sevmirlər. Məsələn, Hillari Klinton 2009-cu ildə Ermənistan-Türkiyə barışığı mövzusunda Ermənistanla separat danışıqlar aparırdı. Amma onlar Azərbaycan prezidenti İlham Əliyevi İstanbula mədəniyyətlər forumuna təkidlə dəvət edərkən o getməkdən imtina etdi. Ola bilsin, başqası Klintonu rədd edə bilməzdi, amma Əliyev ikiüzlü planlara qətiyyətlə “yox” deməyi  bacardı. Azərbaycan prezidenti ona eyham vurub ki, ABŞ müttəfiqlik münasibətlərinə xəyanət edib və Bakıdan gizlicə çirkin bazarlıq aparıb. Əliyev amerikalıların Ermənistanla Türkiyəni barışdırmaqla siyasi şou keçirmək və Qarabağ problemini diqqətdən qıraqda qoymaq istədikləri tədbirə, sadəcə, qatıla bilməzdi.

Məhz kürəsəlçilər şərait və imkanları özlərinə tabe etmək iqtidarında olarkən özlərinin korporativ hədəflərini izləyərək dünyanın müxtəlif hissələrində hərc-mərclik, iğtişaşlar, durumlar yaradırlar. Qərbin polittexnoloqları bunda peşəkardırlar. Həm Birinci, həm də İkinci dünya savaşları onların işidir. Onların yeganə məqsədi Gürcüstanın marginal, radikal bölümünü Azərbaycana qarşı kökləmək, Azərbaycan, Türkiyə və Gürcüstanın, demək olar, otuz il boyunca yaratdığı əlverişli düzəni pozmaq üçün ölkələr arasına nifaq salmaq, sonra isə yeni siyasi oyunlar üçün özül qoymaqdır. Yeri gəlmişkən, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən sonra “Qarabağ üzrə Bolton planı” termini meydana çıxıb.

Fakt üzrə belə bir şey yoxdur, çünki Vaşinqtonun həm Azərbaycanın, həm də Ermənistanın Rusiyadan aldığı silahların əvəzində bu iki ölkəyə silah satmağa hazır olduğu haqda təklifi hesaba alınmasa, açıq-aydın heç nə təklif etməyib. “Amma mən düşünməyə meylliyəm ki, “Bolton planı” hələ də var və onun cizgilərini Cənubi Qafqazda indiki proseslərdə görürük, – Tofiq Abbasov qeyd edir. – Azərbaycan transərhəd hadisəsində tədbirlilik, təmkin göstərib, bu da anlaşılan səbəblərdən Azərbaycan cəmiyyətinin bir hissəsinə çox da xoş gəlmir. Çünki gürcü radikalların Azərbaycan sərhədçilərinə münasibətinə qarşı sərt tədbir görməkdə ictimai güclərdən çağırışlar var idi. Gürcüstan hökumətinin özü öz raduikallarını rəsmən pisləyir, amma onlara qarşı hətta cərimə növündə də konkret tədbirlər görmür”.

Onun sözlərinə görə, “Qarabağda azərbaycanlıların həlakında təqsirli olan terrorçuya ermənilərin heykəl qoyduqları Cavahetiyada da belə bir durum var idi və Gürcüstan hökuməti heç bir addım atmayıb”. Gürcüstan hökuməti bundan sonra da öz marginallarına güzəşt edərsə, onda özünə problemlər qazanacaq. Respublikanın inzibati və cinayət məcəllələrinin nəzərdə tutduğu adekvat tədbirləri qabaqcadan görmək gərəkdir. Planetin müxtəılif hissələrində inqilabi ssenarilər oynayan və millətçilər, radikallar və marginalların əliylə bölgəmizdə həmişəki rejimi pozmaq istəyən beynəlxalq siyasi biznesmenlərin növbəti tullantısı Gürcüstanın qismətinə düşüb. Onların qızışmağına yol verməmək üçün Rusiya, Türkiyə, Azərbaycanın, Gürcüstanın özünün sağlam güclərinin düşünülmüş kooperasiyası gərəkdir. Əks halda Tiflisin küçələri birdən qəzəbli qrupların sərəncamına keçərsə, həm Gürcüstanın özü, həm də bölgə layihələri ziyan görər. Ən başlıcası, bütün dinc və geoiqtisadi təşəbbüslər üçün mühüm platforma və əsas tələb olan təhlükəsizlik itiriləcək. Gürcüstan hökuməti öz gücünü göstərməlidir, əks halda rıçaqları və durum üzərində nəzarəti itirər. Xüsusən də xalqdan mandatı olduğuna görə.

Abbasov söhbət yekun vurdu: “Azərbaycan vətəndaşlarının təhlükəli korporativ niyyətlərin daşıyıcısı olan, önəmli geoiqtisadi layihələri  təhlükəyə məruz qoyan güclərə nisbətdə uyğun tədbirlər görməyən Gürcüstan hökumətinə qarşı şəxsi iddaları var”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam