Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan XİN: "Keşikçidağ yaxınlığında baş verən insident iki ölkənin ..."

 

Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil.

Yenixeber.org: Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də biz hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu məsələdə tam hazır olduğunu nümayiş etdirir. Həmçinin təxribatlardan yayınmaq üçün ictimaiyyətin maksimal dərəcədə təmkinlik nümayiş etdirməsi vacibdir”.

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam