Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

AVROPA LİDERLƏRİNİ XOFA SALAN BUMERANQ EFFEKTİ:işidçilər Avropaya qayıdırlar – Araşdırma

Dmitri Bobrov

inosmi, ru, 11.03.2019

 

Suriyanın cənubi-şərqində İŞİD-in son dayaqlarının ləğvi üzrə əməliyyat başa çatır. “Suriya Demokratik Qüvvələri”nin ərəb-kürd dəstələri İraqla sərhəddə Bahuz kəndinin çevrəsində amansız döyüşlər apararaq cihadçıların müqavimətinin son ocaqlarını məhv edirlər. Minlərlə işidçi əsir düşüb, qalanları rüşvət, yerli sünnilərin yardımı və başqa mümkün yollardan istifadə edərək mühasirədən yırtılmağa  çalışırlar.

Yenixeber.org: BMT-nin məlumatına görə, İraq və Suriyada aralarında Avropa pasportuyla yüzlərlə, bəlkə də, minlərlə şəxs olan cəmi 14-18 min cihadçı qalır. İşidçilərin Avropaya qayıdışı təhlükəsizliyə böyük təhdid daşıyır və AB liderləri onlarla necə davranacaqlarını bilmirlər: vətəndaşlıqdan etmək, mühakimə etmək, ya da cinayət etməyiblərsə, sadəcə, gəlməyə icazə vermək.

ABŞ prezidenti Donald Tramp son döyüşlərin gedişində ələ keçirilən 800-dən çox avropalı cihadçını Suriyadan qaytarmaq və məhkəməyə vermək çağırışıyla Avropa ölkələrinə müraciət edib. Söhbət İŞİD-in kürd könüllülərinin əsirliyində olan avropalı döyüşçülərindən gedir. Tramp avropalılara xəbərdarlıq edib ki, cihadçılar Avropada kök salmaq və təxribat fəaliyyətini sürdürmək niyyətindədirlər. Onlar məhkəmədən yayınacaqları halda Avropanın təhlükəsizliyi təhdid altına düşəcək. Eyni zamanda Britaniyanın Mİ-6 xarici kəşfiyyatının başçısı Aleks Yanger bildirib ki, Suriyada hərbi məğlubiyyətə baxmayaraq, İŞİD döyüşçüləri yenidən təşkil olunur və yeni teraktlar törətməyə hazırdırlar. Bu onların Suriyada son dərəcə “təhlükəli” təcrübə və təmaslar qazandığı nəzərə alınmaqla xüsusən təhlükəlidir. Məhkəmələrin təşkili və əsirlərin saxlanmsını öz üzərlərinə götürmək istəməyən kürd könüllü yığması təmsilçiləri də əsirlərin ən tez bir zamanda qayıdışı və məhkəməyə verilməsini israr edirlər. Söhbət təkcə döyüşçülərdən deyil, həm də ailə üzvlərindən – arvad-uaşaqlarından gedir.

Avropa Birliyi ölkələrinə nə qədər cihadçı qayıda bilər? London Kral Kollecinin (Kings College) yanında radikal təşkilatlar üzrə Beynəlxalq Araşdırma Mərkəzinin məlumatına görə, Fransa, Almaniya və Böyük Britaniyadan cəmi, haradasa, 6 min adam Suriya və İraqa gedib ki, İŞİD sıralarında vuruşsun. Tam 765 nəfər Qərbi Avropaya qayıdıb. Avropa Parlamentindəki qaynaqlar bundan çıxış edirlər ki, getmiş cihadçıların, təxminən, üçdə biri Almaniya və Belçikaya, 12%-i Fransaya artıq qayıdıb. Söhbət, adətən, Yaxın Şərq ölkələri və Şimali Afrikadan  çıxanlardan, Avropa ölkələrində doğulan, ya da uzun müddət yaşayan və Avropa pasportu olanlardan gedir.

AB ölkələri risklərin dəyərləndirilməsi nəzərə alınmaqla qayıdan cihadçılar probleminə, onların yenidən tərbiyə edilməsi və cəmiyyətə reinteqrasiyasında müxtəlif yanaşmalara malikdir. Avropalı cihadçıların 2012-ci ildən sonra Suriya və İraqda doğulan övladlarıyla neyləmək haqda da vahid yanaşma yoxdur. Fransa prezidenti Emmanuel Makron bildirib ki, döyüşçülər cinayət törətdikləri ölkələrdə məhkəmə qarşısında durmalıdırlar. Amma hamı anlayır ki, ərəb ölkələrindəki məhkəmələr xeyli qəddardır və təqsirli bilinənlər, böyük ehtimalla, edam olunacaq.

“Suriya Demokratik Qüvvələri” tərkibindəki kürd dəstələri əsir işidçilərə münasibətdə daha böyük humanizm göstərirlər, amma onlar kürdlərin torpaqlarında dəhşətli vəhşiliklər törədiblər. Son günlərdə mindən yuxarı əsir işidçi və onların 4 min ailə üzvü kürd könüllüləri tərəfindən İraq hökumətinə təhvil verilib. Bunlardan 80-i Böyük Britaniya vətəndaşıdır, habelə ABŞ, Fransa və Almaniyadan onlarla döyüşçü var. İraq qanunları yetərincə amansızdır, burada artıq yüzlərlə İŞİD döyüşçüsünü edam ediblər, çünki bu təşkilata mənsubluq edam cəzasını nəzərdə tutur. Təbii, beynəlxalq humanitar qurumlar “insan haqları”nı yada salır və ancaq Avropada mümkün olan “insaflı məhkəmə” tələb edir. Bununla belə, İraq Suriya və İraqda döyüşmüş 13 fransalı işidçini artıq indi öz ərazisində İraq qanunlarına əsasən mühakimə etmək niyyətindədir. Bunu İraq prezidenti – Kürdüstan Vətənsevərlər Birliyinin təmsilçsi Bəhram Salih bildirib. İraq bu qərarı bununla bağlı qəbul edib ki, Paris belə də Fransada öz işidçilərini məhkəməyə verib-verməməkdə mövqeyini müəyyən etməyib. Almaniya da İŞİD döyüşçülərini öz evində mühakimə etmək istəmir. Xarici işlər naziri Hayko Maas birbaşa deyib ki, “Trampın tələbini yerinə yetirmək son dərəcə ağırdır”. Bavariya DİN-in başçsı Yoahim Hermann bildirib ki, bu cihadçılarda alman pasportları olsa da, onları Almaniyaya buraxmaq olmaz, onların cinayətlərinin sübut bazasını toplamaq isə mümkün deyil.

Suriya Demokratik Qüvvələri (SDQ) Avropa dövlətlərinin mövqeyini kəskin tənqidə məruz qoyur. SDQ təmsilçisi Əbdülkərim Ömər bildirib ki, onun hərəkatı beynəlxalq koalisiya ilə birlikdə terrorizm və İŞİD-lə  vuruşur, amma Avropa minlərlə əsirin – İŞİD döyüşçüləri və ailə üzvlərinin saxlanması üçün ağırlığı tək daşıyan kürd dəstələrinə həmrəylik göstərmir.

Avropalılar niyə işidçiləri öz ölkələrində məhkəməyə vermək istəmirlər? Görünür, Qərbi Avropa liderləri adi neoliberal ehtiyatlılığı göstərirlər. Onlar özəlliklə müsəlmanların rəsmən altı milyona yaxın hesablandığı – həqiqətdə isə daha çoxdur – Fransada ərəb-müsəlman əhali tərəfindən etirazlardan ehtiyatlanaraq cihadçıları qanunun bütün ciddiliyi ilə mühakimə etməkdən qorxurlar. Bax, Donald Tramp tərəddüd edən avropalıları buna görə tam qəti hərəkət etməyə və onları məhkəməyə verməyə çağırıb. Bununla belə, bu problemdə kiçik “tərpənişlər” var: Belçika məhkəməsi 2014-ün mayında Brüsselin Yəhudi Muzeyində dörd adamı öldürmüş Fransa cihadçısı Mehdi Nəmmuşu bu günlərdə təqsirli bilib. Bu, İŞİD döyüşçüsünün Avropada həyata keçirdiyi ilk terakt idi. Nəmmuş 2013-cü ilin yanvarından 2014-cü ilin fevralınadək Yaxın Şərqdə bu təşkilatın sıralarında vuruşub.  Almaniyanın “Der Spiegel” dərgisinin şərhçisi yada salır ki, Avropa cihadçıları ifrat liberal Qərbi Avropa sivilizasiyasının məhsuludur. Onlar Almaniya, Fransa və Qərbi Avropanın başqa ölkələrində böyüyüb və formalaşıblar, burada məscidlərə baş çəkib, islamçı təşkilatlara qoşulublar. Avropanın özü öz müsəlmanlarının radikallaşması üçün şərait yaradıb. Bu hərəkatların populyarlaşma səbəblərindən biri islamçı təbliğatın virtual məkana çıxışıdır. İslam vaizləri qabaqlar məscidlərdə və qapalı toplantılarda təbliğat aparırdılarsa, indi internet onlara praktik qeyri-məhdud auditoriya verib. Fransa DİN əməkdaşları hələ  2015-ci ildə Fransada 15-20 min fəal islamçı haqda məlumat veriblər. Fransadan və Avropanın başqa ölkələrindən minlərlə gənc cihadçı İŞİD uğrunda döyüşmək üçün Suriya və İraqa yollanıb. Britaniyanın BBCmedia korporasiyasının hesabladığına görə, müharivə vaxtı dünyanın 110 ölkəsindən İraq və Suriyaya 40 mindən yuxarı əcnəbi cihadçı gəlib, çoxu İŞİD-in sıralarına axışıb. Onların 2 mindən çoxu fransalı, mini almaniyalı və 800-ü britaniyalı, Belçika, Niderlandiya, Avstriya və Skandinaviya ölkələrindən, habelə Balkan bölgəsindən böyük qruplardır. İŞİD-ə gətirilmiş qadın və uşaqların taleyi özəl rahatsızlıq doğurur. İndiki anda İŞİD döyüşçülərini müşayiət etmiş minlərlə qadın və uşaq kürdlərin əsiridir, onların içində təkcə alman pasportuyla 270 qadın və uşaq var. Qadınların, demək olar, hamısı iddia edir ki, Yaxın Şərqə zorla gətiriliblər və İŞİD-ə heç bir aiddiyyətləri yoxdur. Amma müşahidəçilərin çoxu buna şübhə edir. Bağdadın cinayət məhkəməsi hərbi-səhra rejimində “süzgəcləmə” aparır: 40-dan çox əcnəbi qadın ölüm cəzasına, onlarlası ömürlük həbsə məhkum olunub. Hökmün sərtliyi bununla da izah olunur ki, iraqlılar çox güclü psixi zədəyə məruz qalıblar, işidçilər isə ölkədə bır yığın vəhşi cinayət törədiblər. Əhali buna görə qisas tələb edir. Britaniyanın “The Guardian” qəzeti Bağdad sakinlərinin fikirlərini verir: “Onlar mərhəmətə layiq deyillər, o cümlədən qadınlar”.

Rusiya bu qəliz məsələdə praktik olaraq yeganə istisnadır. Bir zamanlar İŞİD-ə aparılmış bir qrup qadın və uşaq Çeçenistan prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İraqdan RF-yə qaytarılıb. Bu təşəbbüs Rusiya xüsusi xidmətlərinin təqdirini qazanmayıb. FTX direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin toplantısında bildirib ki, “qanunsuz silahlı birləşmələrin keçmiş iştirakçılarının Yaxın Şərqdən Rusiyaya qayıdışı ölkə üçün böyük təhlükə ifadə edir”.

Çeçenistan hüquq müdafiəçisi Heda Saratovanın məlumatına görə, Şimali Qafqazdan və Rusiyanın başqa bölgələrindən iki mindən çox qadın və uşaq Suriya və İraqda qalır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam