Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ZƏNGİNLƏRİ ALDADAN ŞİRKƏTLƏ BAĞLI ŞOK MƏLUMATLAR! –“Bandotdel” “Lady Sharm”ın sahiblərini axtarır + FOTOLAR

4le

Mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış! 

Yenixeber.org: Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxslərinin həbs edildiyi məlum olub. Bu haqda afn.az-a məlumat verən mənbə bildirib ki, həbslərə səbəb mağazalar şəbəkəsində satışa saxta etiketlərlə mal çıxarılmasıdır.

Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.

Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım isə xəbəri təsdiqləsə də, mediaya ətraflı məlumat verməkdən imtina edib. O, bildirib ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam, gəlib haqq-hesabımızı çəkəcəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Mətbuata məlumat verən mənbə isə Aybəniz xanımın sadəcə işlərin başında dayandığını, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğunu söyləyib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.

 Həm mağazalar şəbəkəsinin əsl sahibləri, həm də bu həbsin təfərrüatları ilə bağlı əlavə məlumatlar əldə etmişik. Özəl mənbələrdən saytımıza verilən məlumatlarda hüquq-mühafizə orqanlarının “Lady Sharm”da uzun illərdir baş verən bir çox cinayət faktlarını ortaya çıxardığını bildirilir.

Bu məlumatlara keçməzdən əvvəl qeyd edək ki, “Lady Sharm” şirkətinin özü ilə bağlı yaydığı məlumata görə, 1998-ci ildən etibarən topdan geyim mağazası kimi fəaliyyətə başlayıb. 2012-ci ildən etibarən öz mağazalar şəbəkəsini yaratmağa start verib. Əvvəlcə 2 mağaza ilə fəaliyyətə başlayan “Lady Sharm” şirkəti qısa bir zamanda inkişaf edərək artıq 2014- cü ildə paytaxt ərazindəki mağazalarının sayını 12- yə çatdırıb.

6le

2016-cı ildə regionlarda da mağazalar açmağa başlayan “Lady Sharm”ın hazırda 16 geyim mağazasının olduğu bildirilir. Şirkət Türkiyə, İtaliya, Fransa, İspaniya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq etdiyini, xarici ölkələrdən keyfiyyətli məhsullar gətirib satdığını elan edib.

Ancaq hüquq-mühafizə orqanlarının “Lady Sharm”da həyata keçirdiyi əməliyyatlardan sonra məlum olub ki, şirkətin mağazalarında əsasən tanınmış xarici brendlər deyil, onların etiketləri vurulmuş saxta sex məhsulları və Çindən gətirilmiş mallar satılıb. Daha dəqiqi, “Lady Sharm”ın mağazalarında məşhur brendlərin ziyafət, gündəlik, kokteyl, işgüzar geyimləri, kostyumlar, frençlər, paltolar, dəri və müxtəlif materiallardan kombinasiya olunmuş üst geyimləri, xəzlər, çantalar və ayaqqabıların əsasən Türkiyədən, Fransadan, İspaniyadan, İtaliyadan və dünyanın bir çox ölkələrindən gətirildiyi deyilsə də, həmin malların əksəriyyətinin ya Bakıda, ya da Çində hazırlandığı məlum olub.

Bununla da şirkətin sahibləri mağazalarından mütəmadi alver edən tanınmış şəxsləri, varlı təbəqəni aldadaraq külli miqdarda qanunsuz qazanc əldə ediblər.

Redaksiyamıza verilən məlumata görə, bu fakt mağazadan daimi alver edən nüfuzlu bir neçə ailənin üzvləri tərəfindən ortaya çıxarılıb. Onlar İtaliya və Türkiyənin tanınmış geyim brendləri adı ilə çox baha qiymətə aldıqları məhsulların saxta olduğunu öyrəndikdən sonra bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bu şikayətləri araşdıran Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığnı, sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Bununla əlaqədar müafiq maddələrlə cinayət işi açılıb, istintaq başlayıb.

maxresdefault

İstintaq çərçivəsində şirkətin 6 əməkdaşının saxlanıldığı, dindirildikdən sonra onların sərbəst buraxıldıqları bildirilir. Ancaq həbs edilənlərin də olacağı gözlənilir.

Belə ki, araşdırmalar zamanı şirkətin “Binə” Ticarət Mərkəzində böyük bir sexi aşkarlanıb. “Lady Sharm”ın mağazalarında tanınmış brend adı ilə satılan məhsulların müəyyən hissəsinin bu sexdə hazırlandığı məlum olub.

Məlumata görə “Binə”də sexdə istehsal olunan məhsulların üzərinə müxtəlif bahalı brendlərin etiketlərini yapışdırıblar, altından “Made in İtaly”, “Made in Turkey” və yaxud Avropanın başqa bir ölkəsinin adı yazıllaraq öz mağazalarında satışa çıxarıblar. Buna görə də oxşar məhşul şirkətin mərkəzi mağazalarında çox baha qiymətdən, kənarda və regionlarda olan mağazalarında isə bir qədər ucuz  satılıb.

Mağazalarda satılan məhsulların digər hissəsinin isə Çində sexlərdə ucuz qiymətə hazırlatdırılaraq Bakıya gətirildiyi, burada etiketləri dəyişdirilərək tanınmış brendlərin məhsulları kimi satışa çıxarıldığı bildirilir. Şirkətin sahiblərinin gömrükdə yüksək rüsum ödəməmək üçün məşhur brendlərin etiketlərini Çində deyil, Bakıda vurduqları ehtimal olunur.

Bundan əlavə şirkətin bəzi orta səviyyəli brendlərin keyfiyyətsiz – “defekt” məhsullarını gətirib satdığına dair də iddialar var. Hansı ki, həmin mallar firmaların fabriklərində “düzgün tikilməyən mallar” adı altında toplanaraq, ucuz qiymətə istəyənlərə satılır…

3le

Qısası, “Lady Sharm” mağazalar şəbəkəsində vətəndaşlar kütləvi şəkildə aldadılıb. Brend mal həvəskarları, xüsusən də tanınmış müğənnilər, məmurların xanımları, xüsusi günlər üçün ziyafət paltarı alanlar şirkətin toruna düşərək, çox uzuz qiymətə olan məhsullara iri məbləğdə vəsaitlər ödəyiblər. Məsələn, normalda 150-200 manat dəyəri olan bir üst geyimi brend məhsul adı ilə 1500-2000 manata satılıb. Bunun nəticəsində şirkətin külli miqdarda qazanc əldə etdiyi bildirilir. Ancaq bu gəlir saxta məhsullar sataraq əldə edildiyindən, rəsmi qeydiyyatdan yayındırılıb. Yəni, müştərilərə brend adı ilə 3000-5000 manata satılan məhsulun real dəyəri 300-400 manat olduğundan, vergi də aşağı məbləğdən ödənilib… Eləcə də, bəzi “brend” geyimlər Çində hazırlatdırılaraq gətirildiyindən, yəni ucuz məhsullar olduğundan gömrük rüsumu da buna uyğun ödənilib.

Bununla da yalnız istehlakçıları, müştərilərini deyil, həm də dövləti aldadıblar.

Saytımıza verilən məlumata görə, şirkətin “qara kassası” ilə bağlı ilkin araşdırmalar təxminən 5 milyon dolların vergidən yayındırıldığını ortaya çıxarıb.

Eyni zamanda şirkətdə çalışanların əksəriyyəti ilə əmək müqaviləsinin bağlanmadığı, ötən illər ərzində dövlət büdcəsinə çatmalı külli miqdarda sosial ödənişlərin də mənimsənildiyi vurgulanır.

2le

Yuxarıda qeyd etdiyimiz kimi, mətbuata açıqlama verən Aybəniz xanım adlı biri özünü şirkətin sahibi kimi təqdim etsə də, mağazalar şəbəkəsinin əsl sahibinin kişi olduğu bildirilib. Ancaq onun kimliyi haqda məlumat verilməyib.

1led

Bu haqda da məlumatlar əldə etmişik. Saytımız dəqiqləşdirib ki, “Lady Sharm” mağazalar şəbəkəsinin sahibləriEmin və Rövşən İsmayılovqardaşlarıdırİşlərin əsas təşkilatçısı kimi isə Rövşən İsmayılovun adı çəkilir (şəkildəki Rövşən İsmayılovdur-müəl.). Bu qardaşların hazırda Türkiyədə olduqları, hüquq-mühafizə orqanlarının çağırışlarına baxmayaraq, ölkəyə qayıtmadıqları bildirilir.

Hətta qardaşların hansısa vasitə ilə “Lady Sharm”ın mağazalarında əməliyyat aparılacağını əvvəlcədən bilərək Türkiyəyə qaçdıqlarını söyləyənlər də var. Hər halda sahibi olduqları şirkətin xeyli sayda əməkdaşının bir həfətəyə yaxın həbsdə qalmasına, özlərinin dəfələrlə Bakıya çağırılmalarına baxmayaraq, Azərbaycana qayıtmamaları bu qardaşların məsuliyyətdən yayınmağa cəhd etdiklərini ehtimal etməyə əsas verir. Bir başqa ehtimal isə budur ki, xərçəng xəstəliyinə tutulduğunu deyən Aybəniz xanımın özünü şirkətin sahibi kimi təqdim etməsi, bütün məsuliyyəti sadə əməkdaşların üzərinə atması Emin və Rövşən İsmayılov qardaşlarının planıdır. Bununla məsələni “sakitcə” həll etməyə çalışırlar. Bacaracaqlarmı, zaman göstərəcək…

Qeyd olunan iddialarla bağlı Emin və Rövşən İsmayılov qardaşlarının mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Təbii ki, “Bandotdel”in tapa bilmədiyi qardaşlarla əlaqə qurmaq o qədər də asan olmadığından…

Mövzuya qayıdacağıq.(azpolitika)

Rasim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam