Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Ştutqart” mallarını “maya dəyəri”nə satmağa başladı:İLGİNC SƏBƏB - Belə deyirlər...



“Ştutqart” mallarını “maya dəyəri”nə satmağa başladı: İLGİNC SƏBƏB
Azərbaycan teleməkanının populyar verilişlərindən olan “Maşın” şou-nun 16-cı buraxılışında avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan “Ştutqart” mağazalar şəbəkəsinin “hər şey maya dəyərinə satılır” reklamı müzakirə mövzusuna çevrilib.

Yenixeber.org: May ayının 28-dən start götürən “Maşın” şouda “Ştutqart” bu deviz altında əvvəlcə Sumqayıt şəhərində, sonra isə “Həzi Aslanov” metrosunun yaxınlığında fəaliyyət göstərən mağazalarında avtomobil ehtiyat hissələrinin qat-qat ucuz, hətta maya dəyərinə satıldığını elan etməkdədir.

Qlobal.az “Ştutqart”-ın məhsullarını nə üçün “qat-qat ucuz”, “maya dəyərinə” satdığı barədə maraqlı məlumat əldə edib.

Saytımızın əldə etdiyi məlumata görə uzun illərdir ki, ölkəyə gətirilən avtomobil ehtiyat hissələrinin əsas monopolisti olan “Ştutqart”ın iqtisadi məntiqdən uzaq bu cür addım atmasına səbəb prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyində baş verən dəyişiklərdir. Belə ki, Gömrük Komitəsinin sədri təyin edilən Səfər Mehdiyevin strukturda apardığı kadr dəyişiklikləri bir çox monopolistlərin işlərini “tormozlayıb”. Gömrük Komitəsinin yeni rəhbərliyinin qanunları sərtləşdirməsinə görə hətta bəzi idxalçı monopolist şirkətlərin fəaliyyətlərini artıq dayandırdığı deyilir. DGK-nın yeni rəhbərliyi ilə əvvəlki “forma”da işləməyin mümkünsüz olduğu qənaətinə gələn şirkətlərdən biri də “Ştutqart” mağazalar şəbəkəsi olduğu deyilir. Məhz bu səbəb görə “Ştutqart” indiyədək ölkəyə idxal etdiyi məhsulları tez-tələsik satmaq qərarına gəlib.

Qeyd edək ki, 2004-cü ildə yaradılan “Ştutqart” mağazalar şəbəkəsinin deputat Nəriman Əliyevə məxsus olduğu deyilir. “Ştutqart”a rəsmi rəhbərliyi isə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev həyata keçirir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam