Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilib-saxta etiketə görə

 

“Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilib-



“Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Yenixeber.org: Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib. Qeyd edilir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.
Araşdırmamız zamanı o da məlum olub ki, həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub: “Lady Sharm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”.

Qeyd edək ki, “Lady Sharm” şirkəti 1998-ci ildən etibarən topdan geyim mağazası olaraq fəaliyyətə başlayıb. 2012 – ci ildən etibarən isə öz mağazalar şəbəkəsini yaratmağa başlayıb. Türkiyə, İtaliya, Rusiya, Ukrayna və s. ölkələrin bir çox tanınmış geyim brendləri ilə əməkdaşlıq edən şirkət üçün belə bir hal təbii ki, böyük zərbədir. Yəqin elə o üzdəndir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım xəbəri təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina etdi. O bildirdi ki, bu işə kənardan rəhbərlik edir: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəm işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.
Araşdırmalarımız zamanı rast gəldiyimiz iddialardan biri də ondan ibarət oldu ki, əslində mağazalar şəbəkəsinin əsl sahibi kişidir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Aybəniz xanım sadəcə işlərin başında dayanan şəxsdir.(afn.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam