Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

“Maqnit”də rəzalət: “Məzələnirsiniz? Tərtər işğal olunub, axı”

 

Aprel ayının 18-də Tərtər rayon sakini “Xəzər” telekanalında “Maqnit” mağazalar şəbəkəsinin endirimlə bağlı reklamını gördükdən sonra saat 12:27-də ticarət obyektinə məxsus 0559596546 nömrəsinə telefon açıb.

O, printer almaq istədiyini bildirib.

 

Xeberinfo.com:   Tərtər rayon sakini Nizami müəllim Modern.az saytına bildirib ki, telefona cavab verən xanım onun harada yaşadığını soruşub. “Maqnit”in işçisinə “Tərtərdə”, deyə  cavab verən müştərinin sözü ağzında qalıb. Ticarət mərkəzinin əməkdaşı “nə.., məzələnirsiz? Tərtər ermənilərdədir axı” deyib.

Təsəvvür edirsiniz, cəbhədə vəziyyətin gərgin olduğu, Tərtərdə yüzlərlə evin, məktəbin dağıdıldığı, onlarla dinc sakinin öldürüldüyü, xəsarət aldığı bir vaxtda “Tərtər ermənilərdədir” deyən azərbaycanlı ola bilərmi? 

Biz məsələni bir daha da dəqiqləşdirmək üçün həmin nömrə ilə əlaqə saxladıq.

Özünü Leyla olaraq təqdim edən xanıma dünən baş verənləri xatırlatdıqda, o, “burada böyüdüləsi bir məsələ yoxdur, bizdə telefon danışıqları qeydə alınır, istəyirsiniz səs yazısını göndərim” dedi.

Biz “zəhmət olmasa göndərin” dedikdə isə “bilirsiniz, vacib səs yazısı olmadığına görə silmişəm. Siz Allah məsələni şişirtməyin. Müştəri məndən soruşdu ki, “Gəncədə filialınız var?”, mən də dedim Gəncədə yox, Bərdədə var.

İndi mən də onun sözünü şişirdim? Adam nəyisə bilməyə bilər, burda ayıb nə var ki? O da nəyisə bilmədi də. Şişirtməyin, belə şeyləri”.

P.S. Biz şişirtmirik Leyla xanım! Sizin söylədikləriniz çalışdığınız “Maqnit” mağazalar şəbəkəsinə aiddirsə, onda biz bütün azərbaycanlıları bu şəbəkəni boykot etməyə çağırırıq.

Ya da “Maqnit” mağazalar şəbəkəsinin rəsmisi sizin sözlərinizə görə, Azərbaycan xalqından üzr istəməlidir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam