Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tehran Ər-Riyada qarşı -Yaxın Şərqin lideri kim olacaq?

 

Yenixeber.org:   Fransanın “Le Monde” qəzeti Qətərin blokadası və Ər-Riyadın İranı terror mərkəzi elan etməsi ilə bağlı analitik məqalə dərc edib.

 

Məqalədə Donald Trampın Yaxın Şərqə səfəri də diqqətdən kənarda qalmayıb.

 

“Mayın 21-də Ər-Riyadda Səudiyyə Ərəbistanı və onun fəxri qonağı Donald Tramp İranı regionun 1 nömərli düşməni elan etdilər. Bu təhlükə İŞİD, Əl-Qaidə və digər radikal qruplaşmalardan daha üstü  tutuldu.

 

Bunun ardınca, iyunun 5-də sünni dünyasının lideri olan Səudiyyə Ərəbistanı kiçik qonşusu Qətəri İrana olan simpatiyasına görə beynəlxalq izolasiyaya alıd. İyunun 7-də isə şiə dünyasının mərkəzi Tehran terror hücumu ilə sarsıldı".

 

Fransız qəzetinin fikrincə, bu hadisələr Səudiyyə Ərəbistanı və İranın İslam aləmində liderlik uğrunda ənənəvi rəqabətinin nəticəsidir.

“Bəziləri Qətərlə diplomatik münasibətlərin kəsilməsini, onun dəniz blokadasını və hava məkanının qapadılmasını faktiki müharibə hesab edirlər. Bəs Qətər əmiri Tamim bin Hamad  Al Tani yardım üçün İrana müraciət etsəydi nə baş verərdi? Təbii ki, iki teokratik ölkənin – Səudiyyə Ərəbistanı ilə İranın birbaşa hərbi toqquşması”.

 

“Le Monde”nin fikrincə, XXI əsrdə Yaxın Şərqdə kimin hegemon olacağı bu qarşıdurma ilə həllini tapa bilər.

“İran Aralıq dənizinə qədər əraziləri öz nüfuzu altında saxlamaq üçün özünü regiondakı şiələrin himayədarı kimi göstərir. Səudiyyə Ərəbistanı isə sünni dünyasının lideri kimi İranın təsirinə qarşı mübarizə aparır”.

 

Amma böyük dövlətlərin məsələyə münasibəti də diqqət çəkir.

“Rusiyanın mövqeyi bəllidir. Bütün bəlli yollarla Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlərdə qalmağa çalışan Moskva daha çox İranı dəstəkləyir. Sünni radikalizmi tərəfdinə ciddi təzyiqlərə məruz qalan İran Rusiyanın simasında etibarlı müttəfiq qazanıb. Ərəb dünyasında İranın əsas tərəfdaşı olan Əsəd rejimi də məhz bu ittifaq sayəsində mövcudluğunu qoruyub. Putinin və İranın da məqsədi eynidir, ABŞ-ın Yaxın Şərqdəki mövqelərini zəiflətmək.

 

Digər tərəfdən, Tramp bütünlüklə Səudiyyə Ərəbistanının tərəfindədir. Obama islamçı qruplaşmaların radikallaşmasında əsas rol  oynayan Səudiyyə Əərbistanı ilə sərhəd saxlasa da, Tramp kral Məhəmməd Ben Salmana tam dəstək verib. O isə ilk növbədə dikbaş qonşusu Qətəri cəzalandırmaq qərarına gəlib”.

 

Fransız qəzetinin fikrincə, Mosul və Raqqanın İŞİD-dən azad olunması bütün regional oyunçuların həmrəyliyi şəraitində davam etsə də, bu 2 şəhər azad olunduqdan sonra İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik başqa formada özünü biruzə verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam