Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DAMƏT BAĞIROVUN FƏALİYYƏTİ YOXLANILIR-YENİLƏNİR

 

image here
Bu ilin noyabrın 26-da tutduğu vəzifədən kənarlaşdırılan ADİU prorektorunun yerinə hələki təyinat yoxdur…
Yenixeber.org: Xəbər verildiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Damət Bağırov tutduğu vəzifəsindən gözlənilməz halda azad edilib. Onun yerinə bu günə kimi təyinatın olmaması, üstəlik, uzun illər adı bir sıra qalmaqallarda hallanan professorun qəflətən işdən azad edilməsi bəzi suallara yol açır.
Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, sabiq prorektor hazırda öz əvvəlki yerinə qayıtmaq üçün cəhdlər edir, bir sıra yüksək vəzifəli şəxslərə müraciət etdiyi və s. bildirilir. Damət Bağırova yaxın şəxslərin məlumatlarına görə isə, onun İqtisadiyyat Nazirliyinə başqa bir müvafiq vəzifəyə getməsi planlaşdırılır.
Lakin bu gün daxil olan başqa bir məlumatda isə qeyd olunur ki, təhsil Nazirliyinin xüsusi komissiyası Damət Bağırovun fəaliyyətini yoxlamağa başlayıb. Bu məlumatın nə dərəcədə dəqiq olmasını nə ADİU-dan, nə də DöBağırovdan öyrənmək mümkün olmadı. Lakin hadisələrin gedişi sabiq prorektorun sonrakı taleyi ilə bağlı sualların çox olduğunu deməyə əsas verir.
*** 
Xatırladırıq ki, 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirən D.Bağırov Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki “Bank of Baku”) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib.
1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib. 2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində işləyib və 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində çalışıb, son dövrlərədək isə ADİU-da Tədris və təlim texnologiyaları üzrə prorektor olub. 


Damət Bağırovun adı «Rabitə işi» qalmaqalında necə keçirdi?

Bir müddət əvvəl Rabitə Nazirliyinin MTN işi ilə bağlı həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun, Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırovun və Əmlak Komitəsinin Departament rəisi olmuş Məhəmməd İmanovun əlaqələri barədə vacib məlumatlar və sənədlərdən bəhs etmişdik. Hansı ki, həmin dövrdə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar aparmışdı və bu yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edildiyi məlum olmuşdu. Prokurorluq əməkdaşlarının ilkin araşdırmaları ilə məlum olmuşdu ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət uzun illərdən bəri baş vermişdir…
Redaksiyamıza daxil olmuş bir sıra sənəd və materialların təhlili göstərirdi ki, korrupsiya fəaliyyətində təkcə nazir Əli Abbasovun rəhbərliyi altında çalışmış komandası yox, həm də onun yaxın dostu olmuş MTN naziri Eldar Mahmudovun “generalları” daha fəal olmuşdur. Bir sözlə, rabitəçilər MTN-şiklərin buyruğu ilə lazım olan işi görmüşdülər. Bəs bu qanunsuz fəaliyyət nədən qaynaqlanıb, niyə bunların qarşısı vaxtında alınmayıb? 
Xatırladırıq ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən «Təzadlar»a verilən rəsmi məlumatdan o bəlli olurdu ki, bir sıra korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb, nazirliyin 10-dan çox əməkdaşının barəsində həbs qətimkan tədbiri seçilib (Bundan əvvəl isə MTN-nin də 10-dan çox yüksək rütbəli əməkdaşı işdən çıxarılııb, həbs olunmuşdu). Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, nazirliyin tikinti sifarişlərini yerinə yetirən podratçı şirkətin rəisi Namazəli Məmmədov da var idi.

Bəs Vidadi Zeynalovla Damət Bağırov və Məhəmməd İmanovun sıx əlaqəsi hardan qaynaqlanırdı?


Redaksiyamıza göndərilən sənədlərdən məlum olur ki, Rabitə Nazirliyinin MTN işi ilə bağlı həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun prorektoru Damət Bağırovun, eləcə də Əmlak Komitəsinin Departament rəisi olmuş Məhəmməd İmanovun olduqca sıx münasibətləri olmuşdur. Belə ki, Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub. O, 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək bu vəzifədə çalışıb. Nəhayət, o, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Mənbə qeyd edirdi ki, bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olmuşdur. Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb edilmişdir və Vidadi Zeynalovun ADİU-nun ADİU-nun prorektoru Damət Bağırovla olduqca sıx əlaqələri olmuşdur. Məsələn, daha təcrübəlilər durra-dura Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov birdən-birə universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunmuşdur və s. 
Maraqlısı budur ki, Vidadi Zeynalov hələ 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da ADİU-da baş müəllim kimi uzun illər maaş almışdır. 

«Işdən çıxarılan Məhəmməd İmanov bu vəzifəni İqtisad Universitetinin hazırkı prorektoru Damət Bağırovdan təhvil almışdır və ən böyük cinayətlər də onun dövründə baş vermişdir…»

…Damət Bağırov bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarə Edilməsi şöbəsinin rəisi olmuşdur. Buradan isə Kərəm Həsənovun və Vidadi Zeynalovun dəstəyi ilə o, Əmlak Komitəsinin Dövlət Reyestr Xidmətinin rəisi təyin olunur. 2010-cu ilin noyabrında bu vəzifədən azad edilir və 2011-ci ilin yanvarında isə Kərəm Həsənovun əmri ilə onu Məhəmməd İmanov əvəzləyir. Damət Bağırov həmin vəzifədə əldə etdiyi böyük kapital sayəsində sonradan İqtisad Universitetinə prorektor gətirilir. Amma öz yerini Əmlak Komitəsində işləyən Məhəmməd İmanova təhvil verərək. Lakin Məhəmməd İmanov MTN işi ilə bağlı həmin vəzifədən kənarlaşdırılıb, yol verilmiş korrupsiya və sənəd saxtalaşdırma ilə bağlı istintaqa cəlb edilir. Damət Bağırovun həmin vəzifədə çalışdığı müddətdə dövlət müəssisələrinin özəlləşdirilməsi, Reyestr Xidmətində qeydiyyatdan keçirilmə əməliyyatlarının həyata keçirilməsi kimi sahələrdə fəaliyyəti olmuşdur. 
Mənbə isə indi qeyd edir ki, Damət Bağırovun barəsində məlum «rabitə işi» ilə bağlı bir müddət əvvəl araşdırma aparılırdı. Baş verən son hadisələrdə də bu araşdırmaların rolu az deyildir. Hətta onun bir sıra problemlərlə bağlı Vidadi Zeynalovla aralarında ciddi münaqişənin yarandığı da bildirilir.(tezadlar.az)
Yuxarıda qeyd olunduğu kimi, Damət Bağırovun məsələyə dair mövqeyini öyrənməyə çalışırıq… Əlavə məlumat veriləcək.
Səbuhi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam