Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Damət Bağırov kimlərin sayəsində bu vəzifələrə irəli çəkilib?»-TƏFSİLAT

 

 

image here


Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin adının çəkilməsini arzulamayan müəllimlərindən birinin göndərdiyi məktubda olduqca ciddi məqamlar yer alıb...

Yenixeber.org: Məktubda bir sıra ciddi faktlar yer almışdır ki, onların dəqiqləşdirilməsinə ehtiyac var... Məktub müəllifi yazır:“Hörmətli “Təzadlar”! Bu gün hər bir müəllimi narahat edən bir məsələni diqqətinizə çatdırmaqda məqsədimiz heç də kiməsə qara yaxmaq deyil. Sadəcə, biz bilmək istəyirik ki, hər kəsi daban-dabana izləyən bəzi problemlər nə vaxta kimi davamlı olacaq. Qarşıdan Prezident seçkiləri gəlir. Maraqlıdır, Prezidentin ümumi siyasətinin əleyhinə gedən bəzi rəhbər şəxslər bu seçkiyə nə üzlə gedirlər? İnanıram ki, bu yazdıqlarımız obyektivliyinə inandığımız “Təzadlar” qəzetində işıq üzü görəcəkdir. Suallar isə çoxdur. Söhbət əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırovdan gedir. Niyə? Bu günlərdə ADİU-nun xarici dillər kafedrasının müəllimi (adını hələki çəkmirik. RED.) dərs saatları olmayan vaxtlarda zəruri işləri ilə bağlı qısa müddətdə ölkədən kənarda olmuşdur. Bundan xəbər tutan tədris və təlim texnologiyaları üzrə prorektor Damət Bağırovun ciddi səyləri ilə onu işdən çıxardılar. İndi hər bir vicdanlı müəllim ən azı həmkarını müdafiə məqsədi ilə sual edir: ADİU-nun iqtisadi nəzəriyyə kafedrasının dosenti olmuş Aydın Məmmədov vaxtilə BDU-dan korrupsiya hərəkətlərinə görə işdən çıxarılmışdı. Bu barədə sənədlər əlimizdədir. Amma sağ olsun onun çox yaxın dostu və Damət Bağırov Aydın Məmmədovun ADİU-da işə götürülməsinə nail oldu. Aydın Məmmədov BDU-dakı əməllərini burada da davam etdirdi, rüşvət alması səbəbindən onun izahatını aldılar, sonuncu əməlini etiraf etdi... Lakin yenə də Damət Bağırov sənədlərin və aktın hüquq mühafizə orqanlarına göndərilməsinə imkan vermədi. Guya Aydın öz ərizəsi ilə işdən çıxarıldı. Bu da bir aldadıcı addım idi, gözdən pərdə asmaq idi. Təsəvvür edirsinizmi, qanunsuzluğa və rüşvətxorluğa qarşı mübarizə aparılan bir universitetdə görün nələr baş verdi: 2016-cı tədris ilində (sentyabr) Aydın Məmmədov hamının gözü qarşısında məhz Damət Bağırovun təkidi ilə yenidən işə götürüldü!!! Bu dedektiv romanın personajları idimi? Süal olunur: obyektiv səbəbdən, dərs saatı olmadığı günlərdə qısa müddətə xaricə gedib dərhal da qayıdan müəllimə işdən qovulur, amma rüşvət üstündə ərizəsi alınan Aydın Məmmədov isə təkrarən işə götürülür! Bu dəhşətdir!
Hörmətli redaksiya!
Aşağıdakı suallara da cavab almağınızı istərdik. Təbii ki, prorektor Damət Bağırovdan. Məsələn:
-ADİU-da ötən il 13 müəllim «öz ərizəsi» ilə işdən çıxarıldı…. Bəs əslində məsələnin mahiyyətində nə dayanırdı? Axı hamı bilir ki, bu dəstənin başında duran Damət Bağırov idi. Niyə Damət Bağırov bu sırada 14-cü olmadı?
-Yaxıd, Damət Bağırov niyə bu müəllimləri xilas edə bilmədi?
-Damət Bağırov doktorluq işini hansı dövrdə və kimlərin sayəsində… müdafiə edib? Axı onun tərcümeyi-halında nə vaxtsa elmlə məşğul olması barədə qeyd yoxdur. Elə isə, ömrü boyu dövləti vəzifədə olan bir adam necə vaxt tapıb qəflətən, özü də Rusiyada elmlər doktoru oldu??? Məsələn, o, 1995-1998-ci illərdə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuyur, 1998-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edir, bu azmış kimi elə həmin il Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 2000-ci ildə isə məlum şəxslərin sayəsində (adlarını növbəti məktubda ətraflı qeyd edəcəyik) Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək doktorluq diplomu alır. Hətta görün nə baş verir: Damət Bağırov Azərbaycan AAK-da yaxın dostunun (adını yazmağı məqbul saymadıq) sayəsində 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alır. 
-Bəlkə sual edəsiniz, Damət Bağırov hansı qüvvələrin hesbına bu vəzifələrə gəlib? Bu işdə bir nazir və PA-nın məsul işçisinin bu işdə rolu necə olub? Onların adını növbəti məktubda mütləq faktlarla yazacağıq...
-Paxıllıq etmirik, amma fakt bizi məcbur edir deyək ki, D.Bağırovun oğlu Almaniyada yaşaya-yaşaya, necə olub ki, ADİU-da iqtisadiyyat üzrə fəlsəfə doktoru olur(bir avtoqəzadan ətraflı bəhs edilir.RED.)?
-Beynəlxalq İqtisadiyyat Mərkəzi, Rus iqtisadi Məktəbi və s. mərkəzlərin müəllifi Damət Bağırovdur. Analoqu olmayan belə mərkəzlərin yaradılması (yerdə qalan tələbələr isə kəndli-şəhərli kateqoriyasına bölünüb yəqin) necə qəbul edilir? Bəlkə bu akademik Ziya Səmədzadənin qızının söylədiyi «kəndli-şəhərli» fərqinin təsdiqi deməkdir!
-Damət Bağırovun ADİU-da rektor olmaq istəyini hamı bilir. Bəlkə bu ona görədir ki, KİV-lər İqtisad Universitetinin rektoru kimi Damət Bağırovun adını çəkirlər bəzən?!
-Adi müəllimin professordan üç qat artıq əmək haqqı almasının analoqu varmı dünyada? Damət Bağırovun bu təklifi niyə işə keçdi?
-Son 4 ildə ADİU-dan 300-ə yaxın əməkdaş işdən qovulub, bu qədəri də işə götürülüb. Öz ərizəsi ilə işdən çıxmaq niyə ADİU-da dəbə minib? Baş Prokurorluğun məlum istintaq qrupu bu məsələni araşdırırmı? Bu prosesin başında duran Damət Bağırov isə susur, məsuliyyət daşımır...
-Magistraturada dərs deyənlərin elmi dərəcəsi yoxlanılsa hansı mənzərə alına bilər? Hansı ki, dünyada magistrlərə ən azı professorlar dərs deyə bilər, ADİU-dakı kimi, Türkiyədə adi bir universiteti bitirmiş müəllim yox… Damət Bağırov bunamı islahat deyir??? Onun sayəsində universitetdə hamı kamera nəzarətindədir. Bu nədən ötrüdür? 
Xahiş edirik, bu suallara cavab alasınız…"(tezadlar)

Redaksiyadan: inanırıq ki, ADİU-nun prorektoru Damət Bağırov bu və ya digər sualları cavablandıracaq… Cavabları olduğu kimi dərc ediləcək.
Təqdim etdi: Səbuhi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam