Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BDU-nun 5 prorektoru da vəzifədən getdi? -Şok

 

 

Prorektorları tutduğu vəzifədən ancaq rektor azad edə bilər. Hazırda da Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun fəaliyyətinə son qoyulduğu üçün prorektorların işdən çıxarılması mümkün deyil.

Yenixeber.org: Bu sözləri təhsil eksperti Kamran Əsədov A.Məhərrəmovun vəzifəsindən azad edilməsinin ardından universitetin prorektorlarının da işinə xitam verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rektor işdən çıxarılan kimi avtomatik olaraq prorektorlar işdən çıxarılmır:

“Prorektorların təyinatı və işdən azad edilməsi rektorun səlahiyyətləri daxilindədir. Əgər rektor özü işdən çıxarılana qədər onları işdən çıxarmayıbsa, yeni rektor gələnə qədər vəzifələrini icra edəcəklər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin 5 prorektorunun hamısınını işdən çıxarıldığı haqda məlumat yayılıb. Bildirilib ki, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Nurəddin qızı Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru Aydın Həsən oğlu Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Tofiq oğlu Hacıyev, İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhməd oğlu Ramazanlı, Ümumi işlər üzrə prorektoru isə Vüqar Abdulla oğlu Mehrabov işdən azad edilib.

Məsələ ilə bağlı BDU-dan hələ də heç bir münasibət bildirilməyib.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam