Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İqtisad Universitetində müdhiş rüşvət əməliyyatı

Tələbələrdən 620 min manat pul yığılıb; Baş verənlərin arxasında iki prorektor dayanır

Xeberinfo.com:    Azərbaycan Dövlət Iqtisad Universitetinin (ADIU) 9 nəfər müəllimi rüşvət almağa görə işdən çıxarılıb. Bu barədə Ölkə.az-a ADIU-dakı etibarlı mənbə məlumat verib.

Məlumata görə, bu ayın əvvəlində universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADIU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.

Işdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət Iqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun yaxınları da var.

Işdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.

Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir.

“Azadlıq”a daxil olan məlumatda isə bildirilir ki, bu məsələyə görə bir müəllimlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Məlumatda həmçinin qeyd edilir ki, baş verənlərin arxasında iki prorektor dayanır.

Iddia olunur ki, tələbələrdən rektorun adı ilə pul yığılıb. Adının hallanmasından qəzəblənən rektor məsələnin ciddi araşdırılmasını tapşırılıb. Onun hətta məsələnin arxasında dayanan rektorları qəbul belə etmədiyi deyilir. Güman ki, bu şəxslər işdən çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam