Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanın İvanişvilisi-Kamaləddin Heydərov:Fövqəlnazir son qəti döyüşə hazırlıq vəziyyətində

 

   
Azərbaycanın İvanişvilisi Kamaləddin Heydərov: Fövqəlnazir son qəti döyüşə hazırlıq vəziyyətində
Yenixeber.org: Azərbaycan siyasi sistemi inanılmaz dərəcədə sakit və sabit görünür. Ancaq bu sakitliyin arxasında yaxın gələcək üçün gərgin siyasi proseslər yetişir. 2018-ci ili prezident seçkilərinin bütün parametrlərlə həm 2008, həm 2013, həm də 2018 prezident seçkilərindən fərqlənmədiyi heç kəsə sirr deyil. Amma hər şeyə rəğmən, 2018-il il fors-major hadisələrlə yadda qala bilər.

                       Kəmaləddin Heydərov hədəfdə

Son günlər hakimiyyətdaxili münasibətlərin kəskin xarakter alması özünü açıq şəkildə biruzə verir. Daha çox müzakirə olunan isə “köhnə qvardiya”nın sıradan çıxarılmasıdır. Bununla bağlı apardığımız müşahidələr göstərir ki, Ziya Məmmədov getdikdən sonra isə bu komandadan ən ciddi fiqur Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdur. Heç təsadüfi deyil ki, sabiq nəqliyyat naziri görəvdən alındıqdan bir müddət sonra FHN rəhbərinin istefa ərizəsi yazması haqda mediada iddialar səslənməyə başlandı. Düzdür bu məlumatlar rəsmən təkzib olunur, amma bu təkziblər artıq vəzifədən getmiş digər nazirlər haqda eyni məlumatların təkzibini xatırladır. Bu və FHN rəhbəri ilə bağlı digər məqamları cumhuriyyet.az olaraq araşdırdıq.

Hakimiyyət daxili qruplar və şəxslər arasında təhlil aparsaq görərik ki, güc və təsir baxımdan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi qrup hazırda son qəti döyüşə hazırlıq vəziyyətindədir. Əslinə baxanda ölkənin ən nüfuzlu və zəngin şəxslərindən biri olan Kəmaləddin Heydərovun böyüməsi ilə yanaşı son zamanlar onun üzərində nəzarət də paralel inkişaf edib. Bu nəzarət həm də onun artan nüfuzunun azaldılması və müəyyən qədər zərərsizləşdirilməsi və nəzarətdə saxlanmasına xidmət edir. Hazırda bir müddətdir ki, onun zəiflədilməsi istiqamətində işlərə start verilib və artıq bu prosesin real nəticələri də var. Belə ki, onun nəzarətində olan bir sıra şirkətlər, istehsal müəssisələri, media qrumları ya ondan alınıb, ya da həmin qurumlarda onun təsir dairəsi məhdudlaşdırılıb. Bir sıra yüksək vəzifədə çalışan, vaxtilə onun təqdimatı ilə vəzifəyə təyinat alan şəxslər onun təsir dairəsindən çıxarılıb və hazırda bu proses davam edir. Maraqlıdır, görəsən nə baş verir? Axı mövcud hakimiyyətin möhkəmlənməsində onun və atasının gücü, maliyyəsi kifayət qədər rol oynayıb. Bəs nədən hakimiyyət daxilində K. Heydərovun zərərsizləşdirilməsi prosesi gedir, onun suçu nədir? Səbəb bir neçə il öncə qonşu Gürcüstanda Saakaşvili hakimiyyətinin iqtidarı əldən verməsində özünü göstərdi. Qərb Rusiyanın da narazı qalmayacağı dinc inqilab həyata keçirdi və Bidzina İvanişvili fenomenini gündəmə daşıdı. Gürcüstandakı siyasi proseslər özü ilə gətirdiyi bəzi müsbət elementlərlə yanaşı, qafalarda Azərbaycanın İvanişvilisi kim ola bilər?

Kimi sorular da yaratdı. Doğrudur, Azərbaycanla müqayisədə Gürcüstanda hakimiyyəti dinc, seçki yolu ilə dəyişdirə biləcək qədər fərqli siyasi mühit mövcud idi. Bu isə bütün sahələrdə azad fəaliyyət imkanı deməkdir. Hətta o qədər ki, İvanişvili kimi biznes adamının Rusiya və Avropada qazandığı milyonlarının Gürcüstan siyasətinə sərmayə olaraq qoyulmasına haqq tanındı. Bu haqq cücərdi, ən nəhayət iqtidara çevrildi və geosiyasi həcminə görə, son 15 ildə “Qızılgül” inqilabından sonra ən əhəmiyyətli hadisə oldu. Bu siyasi hadisənin anoloji hallar üçün presedent yaradacağını düşünmək üçün də əsaslar yox deyil.
Azərbaycan azadlıqlar baxımından kasad olduğundan məmləkətdə siyasi “İvanişvili”lər yetişsə də, milyarder “İvanişvili”lər yetişməyib. Siyasət bir növ daxili azadlıq məsələsi olduğundan bunu təmamilə yasaq etmək mümkün deyil. Böyük biznes haqqı isə Azərbaycanda yalnız hakimiyyətdəki müəyyən güc mərkəzlərinə tanındığından milyarder “İvanişvili”lərin yetişmə ünvanı yalnız iqtidar ola bilər. Burada da bənzər şəxsi tapmaq o qədər asan olmasa da, xeyli çək-çevirdən sonra FH naziri Kəmaləddin Heydərovun üzərində dayandıq. Niyə məhz Kəmaləddin Heydərov? Ona görə ki, hakimiyyət içində qeyri-rəsmi statusuna görə nisbətən müstəqil və iddialı davranışları ilk olaraq onu diqqətə gətirir. Bu şəxslərin oxşar və fərqli cəhətlərini də cumhuriyyet.az olaraq araşdırdıq. Əvvəlcə
                                         Oxşar cəhətlər barədə

– Hər ikisinin varidatı milyardla ölçülür. Hətta bizim məmur-oliqarxın bu məsələdə İvanişvilinin qarşısına doqquz qoyacağını demək olar.
– Hər ikisi böyük pul kisəsindən ictimai nüfuzu olan insanlara və ona tabe olan media qurumlarına yardım edir.
– Hər ikisi hakimiyyətin ən ali kreslosuna iddialıdır və bu yöndə heç bir rəqib tanımırlar.
– Hər ikisi müəyyən mənada həm Rusiya, həm də Qərblə bağlıdır. İvanişvilinin biznesinin əsas hissəsinin Rusiyada olması, bu hissələrin artıq satıldığı və Avropaya daşındığı bəllidir. “Fövqəlnazir”in də Rusiya ilə bağlılığının olduğu deyilir. Qərb İvanişvilini dəstəklədi, Heydərov da böyük dövlətlərin hamısının səfirləri ilə müntəzəm görüşlər sayəsində özü haqda imic formalaşdıra bilib.
– İvanişvili kimi Heydərov da milyardları ibtidaidən aliyə doğru gedən biznes fəaliyyəti ilə qazanıb. Azərbaycanlı nazir sovet iqtisadi baryerlərinin aradan götürüldüyü zamanlardan bizneslə məşğul olub sonradan isə hakimiyyət komandasında yer alması bu biznesi böyüdüb.

– İvanişvilinin qısa zaman kəsiyində populyarlıq qazanmasının səbəblərindən biri də onun daim aktiv fəaliyyətdə olması idi. Gürcü lideri həm də iddialı xarakteri ilə seçilir. K. Heydərov da kifayət qədər işgüzar dövlət məmuru, daşdan çörək pulu çıxarmağı bacaran biznesmen, siyasi iddiasını qabiliyyətinə uyğun qurmağı bacaran siyasətçi kimi tanınıb. Onu yaxından tanıyanlar bildirirlər ki, FHN şefinin son illərdə nə zaman məzuniyyətə və istirahətə getdiyi bəlli deyil. Hətta o dəfələrlə bir neçə günlük dincəlmək adı ilə işdən gedərkən istirahətdə də işlərini və adamlarının işi necə görməsini təqib edib, istirahətini yarımçıq qoyub iş başına qayıdıb. Onu yaxından tanıyanlar bildirir ki, K. Heydərov daxilən narahat, bir yerdə qərar tuta bilməyən, çox şeyə qane və razı olmayan iddialı bir şəxsdir.
– İvanişvili demokratiya ilə tam təmin olunmuş gürcü xalqı üçün bir sosial qurtuluş mənbəyi idi. K.Heydərov haqqında da sadə vətəndaşlar arasında əliaçıq, comərd, maddi sərvətlərini tək xərcləməyən obrazı yaranıb ki, “bu adam dolandırandır o birilərə baxanda” fikrinin yaranmasına yol açıb. Atası və özü Naxçıvan və Qəbələ rayonu daxil olmaqla bir sıra bölgələrdə və insanlar arasında “çörək verən şəxs”, “əli açıq insan” kimi ayamalara məxsusdurlar ki, bu da Heydərovlar ailəsinə əlavə hörmət və imic gətirir.
Oxşarlıqları uzatmaq da olar, hətta ora qədər ki, sözügedən şəxsin hər ikisi bəstə boyludur… Bir qədər də
                                        Fərqli cəhətlər
Fövqəlnazir son qəti döyüşə hazırlıq vəziyyətində

– İvanişvili ali hədəf naminə etdiyi güzəştlərlə əsas stajlı siyasi liderləri bir nüvə ətrafında birləşdirə və ölkənin ən güclü siyasi alternativinə çevrilə bildi. Bu, həm də ona görə mümkün oldu ki, həmkarlarına özü qədər haqq, hüquq tanıdı, münasibətlərə cəzbedici meyarlar daşıdı və birləşdirici faktor oldu. Sonuc göz qabağındadır.
Kəmaləddin Heydərov isə qurmaq istədiyi siyasi və iqtisadi imperiyada indiyədək heç bir rəqib tanımayıb və bu gün də dəyişən bir şey yoxdur. Örnək olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi göstərmək olar.

– İvanişvili öz sərvətini xalqının cibinə girmədən qazandığı və buna baxmayaraq comərdcəsinə xərclədiyi üçün ictimaiyyətin sevgilisinə çevrilə bilib. “Fövqəlnazir” isə Gömrük Komitəsinin sədri olmasından tutmuş, Kür çayının daşmasından zərərçəkmiş insanlara, çayın deltasının təmizlənməsi, blindajların qurulmasına, indi də Zaqatalada baş verən zəlzələ qurbanları üçün ayrılan yüz milyonlarla vəsaitin xərclənməsi ilə bağlı konkret əməllərdə heç də ictimai yaddaşlarda müsbət bir qəhrəman kimi qalmayıb. Orada olan fəsadların acısını bu gün də insanlar yaşamaqdadır.

– İvanişvili hakimiyyətə cəmiyyətlə üzlaşaraq bir bütün olaraq gəldi. Kəmaləddin Heydərov isə indiki durumda olsa-olsa bir klan liderliyinə iddia edə bilər. O da təbii ki, PA rəhbəri Ramiz Mehdiyevin hakimyyətdən gedişindən sonra. – İvanişvili öz komandasına Gürcüstanın bütün siyasi qaymaqlarını cəlb edib. “Fövqəlnazir” isə qohum-əqrabası bir yana, əlaqədə olduğu bütün təsadüfi adamlara, hətta şəxsi sürücüsünə belə general rütbəsi verdirib, nazir və komitə sədrlərinin müavinlərinə qədər yüksəldə bilib. Bu, həm də iki şəxsin dövlətə və dövlət idarəetməsinə baxış, yanaşma tərzi, münasibət fərqini ortaya qoyur.
Bütün bu müqayisələrdən sonra yalnız bir əlavə etmək qalır.

                           Böyük kapital, media dəstəyi, siyasi güc sahibi və iddia…

Bəzi araşdırmaçı ekspertlər Kəmaləddin Heydərovun imkanları və təsir gücü barədə aşağıdakı fikirləri bölüşürlər; “O, öz çətiri altında çoxlu sayda nazirliyi, naziri, yüksək vəzifə tutan məmurları, icra başçılarını, deputatları, iqtidaryönlü və «konstruktiv müxalifət» partiyalarını, iri biznes strukturlarını, media qurumlarını birləşdirən nəhəng oliqarxdır. Bu gün hakimiyyətin xüsusilə də maliyyə-iqtisadi sektorunda təmsil olunan yüksək çinli məmurların böyük əksəriyyəti məhz K.Heydərovun təqdimatı ilə seçilib. Çoxsaylı orta və kiçik vəzifələrdə Heydərova yaxın insanların yerləşdirilməsini bir kənara qoyuruq. Ölkədə aparıcı strukturların bir çoxunun rəhbəri birbaşa fövqəladə hallar nazirinin kadrıdır. Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, «Azərlotoreya»ASC-nin, Hesablama Palatasının, Dovlət Taxıl Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərinin məhz Kəmaləddin Heydərovun kadrları olduğu çoxlarına məlumdur. Eyni zamanda hakimiyyətin müxtəlif təbəqələrindən, Prezident Administrasiyasından tutmuş hüquq mühafizə orqanlarına, parlamentə qədər çox saylı ona sadiq qüvvələr var. Bundan başqa K. Heydərov kifayət qədər kapitala, media dəstəyinə (hazırda onun dəstəyi ilə 10- a yaxın qəzet, saysız- hesabsız İnformasiya agentlikləri, xəbər portalları və birbaşa təsirində olan TV- lər), fiziki gücə və müəyyən qədər də beynəlxalq əlaqələrə malikdir. Başda Gilan Holdinq və Azəri- Trans olmaqla böyük inşaat və tikinti şirkətləri var. Bəzi analitiklər və ekspertlər hesab edir ki, hakimiyyətə nüfuz, təsir gücü, əlaqə, kapital və dəstək baxımdan ciddi təhlükə törədir. O, həm də nə qədər gizlətsə də siyasi baxımdan iddialı adamdır. Bir müddət öncə baş nazirliyə can atması da onun daxili, gizli və uzaq gedən iddia və istəklərindən xəbər verirdi.

Çingiz Əmirov, Cumhuriyyet.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam