Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kəmaləddin Heydərovdan gözlənilən hücum:"Fövqəlnazir" sükutu pozdu

 

 

Yenixeber.org:   Azərbaycanda məhkəmə qərarı ilə girişi bloklanan “azadlıq.info” saytı Kəmaləddin Heydərovun ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva arasında görüş keçirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda vurğulanır ki, görüş gərgin atmosferdə keçib:

“Kəmaləddin Heydərova izah edilib ki, o, bu müddət ərzində Fövqəladə Hallar naziri olaraq hökumətin əsas simalarından birinə çevrilib, böyük xidmətlər göstərib. Amma bir nəfərin bu qədər uzun müddət ərzində eyni vəzifədə qalması arzuolunmaz nəticələr yarada bilər. Buna görə də K. Heydərov başqa bir vəzifəyə keçirilməlidir. Kəmaləddin Heydərovun bu təklifi təhdid kimi qəbul edib–etmədiyi bəlli deyil, amma narazı qaldığı dəqiqdir”.

Bu xəbəri tirajlayan bir çox saytlar yazır ki, məlumat FHN rəhbəri və ona yaxın şəxslər tərərfindən təkzib olunmayıb.

Arqument.az saytı isə xəbər verir ki, sözügedən informasiyanın məhz Kəmaləddin Heydərova yaxın şəxslər tərəfindən mediaya ötürüldüyü iddia edilir. Bildirilir ki, Heydərova yaxın şəxslər bu məlumatları mediada yaymaqla, FHN şefinin gələcəkdə nəqliyyat naziri Ziya Məmmədov kimi ofsaytda qalmasını əngəlləmək istəyirlər.

Göründüyü kimi, Kəmaləddin Heydərov bu məlumatı yaydırmaqla prezident İlham Əliyevə meydan oxumaqla yanaşı hakimiyyət daxilində mövqelərinindən geri çəkilməyəcəyini nümayiş etdirib. Xüsusi ilə Mehriban xanım Əliyevanın adını xüsusi vurğulatdırmaqla Kəmaləddin Heydərov şəxsi məqsədləri üçün hər şeyə hazır olduğunu göstərmiş oldu.

Qeyd edək ki, Azərbaycanda və ölkə xaricində böyük biznesə sahib olan Kəmaləddin Heydərovun hakim ailəyə mənfi münasibətdə olması ABŞ kəşfiyyatının məxfi sənədlərində belə əksini tapıb.

Xatırladaq ki, radikal müxalifət mediası son 2 ildə davamlı olaraq “fövqəlnazir”in siyasi və iqtisadi maraqlarını dolayısı ilə müdafiə edən yazılarla çıxış edir. Kəmaləddin Heydərovun əleyhinə olan informasiyaları tirajlamaqdan yayınır.

AzToday.az-ın əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun Azərbaycandakı biznes qurumlarının əksəriyyəti heç bir iqtisadi səbəb olmadan fəaliyyətini dayandırıb. “Gilan Holdinq”də çalışan minlərlə işçi ixtisara salınıb. Heydərovun biznesini xaricə köçürdüyü, Şərqi Avropa ölkələri və ərəb ölkələrində böyük zavodlar tikdirdiyi də yayılan məlumatlar sırasındadır. Azərbaycanda davam edən iqtisadi böhran fonunda Kəmaləddin Heydərovun məlum addımlarının siyasi məqsədə hesablandığı heç kimə sirr deyil.

Bütün bunların hakimiyyət daxilində böyük narahatlıqla qarşılandığı və Kəmaləddin Heydərova ən yüksək səviyyədə xəbərdarlıq edildiyi bildirilir. Yayılan məlumatlar fonunda Heydərovun mediada özünü dolayısı ilə müdafiə etdirməsi təəccüblü sayılmamalıdır…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam