Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SURİYAYA HÜCUMLA DÜNYA BAZARLARINDA QİYMƏT ARTIMI ARASINDA MÜTƏNASİBLİK:ABŞ-ın davakarlığı dolların qəddini düzəldir - TƏHLİL

“Şərq” (İran)

 

Suriya ətrafında gərginliyin artması ilə ötən həftə dünya bazarında qızılın qiyməti enib-qalxırdı. Trampın Suriyaya hücum qərarı ilə “sarı iblis”in dəyəri 2,92% artdı (1 unsiya üçün 1365,40 $). Amma Birləşmiş Ştatların və müttəfiqlərinin məhdud zərbələri sonrası əvvəlki vəziyyət yerini bərqərar etdi. London birjasında qızılın qiyməti 0,9% artdı, enib-qalxmalar 0,26-1,5% civarında oldu.

Yenixeber.org: Yaxın Şərqdəki vəziyyətdən daha çox Çinlə ticari müharibə nəticəsində ziyan görmüş Amerikanın fond birjaları Çin ixracatına məhdudiyyətlər ucbatından demək olar ki, çökmüşdü. Amma Suriyaya müdaxilə və böhranın kəskinləşməsi ilə fond bazarları qəddini düzəltdi. “Dow Jones”un göstəriciləri 1,79%, “Nasdaq” 2,77% artdı. Amma hücum günü bu göstəricilər müvafiq olaraq (Dow Jones) 0,5 və (“Nasdaq”) 0,47% gerilədi.

Dəyəri 7.753 $-a enmiş “Bitcoin” hava zərbələrindən sonra gözlənilməz sıçrayışla 8 min $-a yüksəldi. Bitcoyn bazarında qiymət dəyişmələri istənilən vaxt baş verə bilsə də, deyəsən, dünyanın istənilən nöqtəsində gərginliyin artması onun dəyər qazanmasına səbəb olur.

Yaxın Şərq neft hasilatının göbəyidir və Suriya böhranı “qara qızıl” və xam neftin qiymətinə birbaşa təsir göstərir. Amma Suriya dünya neft hasilatında marginal ölkədir və dünya bazarında 1%-lik paya sahibdir.

“Urinet Securities”-in statistik analizi göstərir ki, Suriyada hətta məhdud həmlələr neftin qiymətinə əhəmiyyətli təsir göstərə bilər. Halbuki 2017-ci ildə hasilat göstəriciləri tələbatdan xeyli yüksək olub. Amma Birləşmiş Ştatlar və Rusiya arasında güclənən rəqabət dünya bazarlarına birbaşa təsir göstərir.

Digər tərəfdən, regionda gərginliyin azalması halında belə, neftin qiyməti 70 $-dan aşağı olmayacağı gözlənilir.

“FGE Oil and Gas Market Advisers”-də Yaxın Şərq üzrə aparıcı ekspert İman Nasiri deyir ki, ABŞ-ın Suriyaya zərbə endirəcəyini bəyan etməsindən sonra dünya bazarında neftin qiyməti son 3 il ərzində ən yüksək həddə qalxıb.

Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın Suriyaya ilk müdaxiləsi dövründə 1 barelin qiyməti maksimuma yüksəlmişdi.

“Amma “qara qızıl”ın dəyərindəki enib-qalxmalar yalnız Suriya böhranı ilə bağlı deyil. Trampın mayın 12-də İranla nüvə sazişindən çıxmaq qərarını elan etməsi də təsiredici amildir. Bundan başqa, OPEC və Beynəlxalq Energetika Agentliyinin son məlumatlarına görə, dünyanın neft ehtiyatları azalır. Amma istənilən halda, müharibə və bölgədəki böhranın bazar oyunçularını qayğılandırmasını da unutmamaq gərəkdir. İranla Səudiyə Ərəbistanı arasında gərginliyin artması da kənara atılmamalıdır”.

Ekspert əlavə edib: “Məncə, dünya bazarında neft qiymətinin qiymət təpkisi uzunmüddətli deyil, bununla belə, Rusiya, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin əsas oyunçuların mövqeyindən asılı olaraq, yaxın vaxtlarda neftin qiyməti 80-85 $ civarında dolaşacaq”.

İqtisadçı Vəhid Şəqaqi Suriyadakı hücumun iqtisadiyyata böyük ölçüdə təsir edəcəyi rəyindədir. O deyir: “Stratford Tədqiqat Mərkəzinin baş elmi işçisi Corc Fridman “Dünya yaxın 100 illikdə” kitabında qeyd edir ki, Birləşmiş Ştatların Yaxın Şərqdəki siyasətinin strateji məqsədi gərgin və qeyri-sabit vəziyyətin saxlanılmasıdır. Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsi və regionda şiə-sünni məzhəbi müharibəsi törətmək cəhdi də bu konteksdə dəyərləndirilməlidir.

ABŞ Xarici Siyasət Şurasının sədri Riçard Haas çox-çox illər əvvəl deyirdi ki, XV-XVI əsrlərdə Avropanı bürüyən, katoliklər və protestanlar arasında baş verən dini-məzhəbi müharibələr Yaxın Şərqdə şiə və sünnilərə də keçəcək”.

Vəhid Şəqaqinin fikrincə, Birləşmiş Ştatların bölgədə gərginliyi azaltmağa meylli deyil, çünki bu, ona sərf edir. “Duma şəhərində guya kimyəvi hücumun həyata keçirilməsi ABŞ və müttəfiqləri üçün Suriyaya zərbə endirməsi üçün bəhanə olub. Amma gərginlik həm də Yaxın Şərq ölkələrinə neft qiymətlərini artırmağa, məlum strategiyanı öz mənfəətlərinə çevirməyə imkan yaradır”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam