Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Hamilə qadınlar üçün qadağan olunmuş7 MƏHSUL

Hamilə qadınlar üçün qadağan olunmuş

 

 

Hamiləlik çox məsuliyyətli dövrdür. Ananın sağlam və tamdəyərli qidalanması dölün normal inkişafına çox ciddi təsir edir

 

Yenixeber.org: Lakin bəzi məhsullar var ki, onların istehlakı hamiləlik zamanı yolverilməzdir və dölün inkişafına ziyan vura bilər. Bu məhsulların siyahısını təqdim edir:

1. İstənilən spirtli içkilər. Alkoqol dölün inkişafına olduqca mənfi təsir edir, müxtəlif anadangəlmə qüsurlarına səbəb ola bilər.

2. Çiy balıq. Buna əsasən müxtəlif suşi və roll kimi yeməklər aiddir. Çiy balıqda listeriya mikrobu ola bilər ki, bu mikrob hamiləlik zamanı dölə çox ciddi ziyan vura bilər.

3. Pasterizə olunmamış süd və ondan hazırlanmış süd məhsulları, pendir kiflə.

4. Çiy yumurta. Bunun səbəbi salmonelyoz infeksiyasının riskidir ki, bu infeksiya dölün inkişafında ciddi pozulmalar yarada bilər.  

Bəzən hamilə qadınlara immun sistemini möhkəmləndirmək məqsədi ilə çiy bildirçin yumurtasını içməyi tövsiyə edirlər ki, bildirçin yumurtasında təhlükəli salmonella mikrobu olmur. Lakin burada da müəyyən risk var.

5. Ev konservləri (müxtəlif şorabalar, salatlar, kompot, leço və s.). Bu kimi qidalar botulizmə səbəb ola bilər ki, bu da həm ananın, həm dölün sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır.

6. Ekzotik meyvə və tərəvəzlər.

Hamiləlik hər hansı yeni, heç zaman dadmadığınız meyvə və ya tərəvəzi dadmaq üçün uyğun dövr deyil. Mövsümi və yaşadığınız ərazi üçün xarakterik olan meyvə və tərəvəzlərə üstünlük verilməlidir.

7. Bəzi balıq növləri (yırtıcı balıqlar, süni şəkildə yetişdirilən balıqlar).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam