Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kataloniyada referendumda 80 faiz müstəqilliyə tərəfdar olub

 

İspaniyanın Kataloniya regionunda simvolik referendumda 1,6 milyan adam Kataloniyanın İspaniyadan çıxmasına səs verib.

"Xeberinfo.com":İspaniyanın ən varlı regionu olan Kataloniyada noyabrın 9-da keçirilmiş rəmzi referendumda 2 milyon adam iştirak edib, onların 80 faizi müstəqilliyə tərəfdar olub.

Kataloniyada səs vermə hüququ olanların sayı 5,4 milyondur. Ancaq seçkidə iştirakın zəif olmasına baxmayaraq Kataloniyanın regional lideri Artur Mas rəmzi referendumun nəticəsini qələbə hesab edir.

Madrid Kataloniyada referendumun keçirilməsinin əleyhinədir. Baş nazir Rajoy referendumu qanunsuz hesab edir, İspaniyanın Ali Məhkəməsi də Kataloniyada referendumu qanunsuz hesab edəndən sonra Kataloniya liderləri simvolik referendum keçirmək qərarına gəldi. Bu, onların fikrincə, bir növ rəy sorğusu rolunu oynayır və indi onun nəticələri Kataloniyanın iradəsini nümayiş etdirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam