Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular"

Binəli Yıldırım: 'Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular'

 

 

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən xarici ölkə parlamentarlarının şərəfinə nahar verib.
 
Xeberinfo.com:   Türkiyə mətbuatına istinadən məlumata görə, B. Yıldırım çıxışında Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib, bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb. O, hərbi çevriliş cəhdinin bir imtahan olduğunu və gerçək dostların üzə çıxdığını söyləyib: “Türk insanı 15 iyul gecəsi tankın, təyyarənin qarşısına imanı, demokratiyaya olan inancı ilə çıxdı. 
Millətimizin bu mövqeyi  biz siyasətçilər üçün də önəmlidir. Millət dövlətin içərisinə sızmış Fətullahçı Terror Təşkilatı üzvlərinin bir-bir dövlətdən təmizlənməsi mesajını verdi. Bu mesaj qaranlıq gecəni bir daha yaşamamaq üçün hüquq çərçivəsində bütün addımların atılması ilə bağlı mesajdır. Biz bu mesajdan irəli gələn addımları atırıq. Hərbi çevriliş etmək istəyənlər bu millətdən zərbə alıblar. Heç bir demokratik sistemdə dövlət vətəndaşın çağırışına laqeyd ola bilməz.  İyulun 15-də qeyd-şərtsiz bizə dəstək verən dostlarımız oldu. Ancaq dst bildiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Ona görə də bu hərbi çevriliş cəhdi bir imtahan, demokratiya və çevriliş tərəfdarı olanlar üçün bir seçim oldu. Biz o zaman gerçək dostlarımızı gördük. Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular. Bu, təəssüf doğurur”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam