Redaktor seçimi
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Günün xəbəri

PUTİNİ DEVİRMƏK İSTƏSƏLƏR, NƏ BAŞ VERƏR?

erdoggg

“Türkiyədə baş tutmayan çevriliş cəhdi – Putinin nəticə çıxaracağı dərslər”

Xeberinfo.com:    Türkiyədə baş tutmayan dövlət çevrilişi və Prezident Ərdoğanın hakimiyyətdən salınması cəhdini, Rusiyada çox diqqətlə izləyirdilər.

Təkcə ona görə yox ki, keçən ilin noyabrında Türkiyə tərəfindən Rusiya bombardmançı təyyarəsinin vurulması hadisəsindən sonra, Ərdoğan və onun avtoritar “əkiz qardaşı” Vladimir Putin arasında pozulan münasibətlər, elə yenicə bərpa edilib. Həm də ona görə ki, əksəriyyəti – görəsən, Putinin özünə qarşı bu cür çevriliş cəhdi həyata keçirilsəydi, o, bu cəhdin qarşısında duruş gətirə bilərdimi – sualı maraqlandırır.
Özünün “twitter” səhifəsində Putin müxalifətinin nümayəndəsi Kseniya Sobçak Türkiyədə çevriliş hadisələrinin gedişində, 16 iyul səhəri yazırdı: “Budur, baxın görün bu, Ərdoğanın timsalında necə olur”.

Türkiyədə baş verən hadisələri Rusiya müstəvisinə yerləşdirmək tamamilə təbiidir. Çünki Ərdoğan kimi Putin də mühafizəkardır və qeyri-Avropa dəyərlərinə söykənir. O da Ərdoğan kimi öz şəxsi hakimiyyətini prezident olduğu uzun illər ərzində konstitusiyada nəzərdə tutulan müddətlə məhdudlaşdırmayaraq, daha da möhkəmləndirib. Ərdoğan kimi Putin də söz azadlığını sıxıb və sərt anti-terror qanunları tətbiq edib. Ərdoğan kimi Putin də qeyri-kommersiya təşkilatlarını xarici agentlər adlandıraraq, onlara zərbələr endirir.

Bütün bunlardan başqa Türkiyə kimi Rusiya da, elə bir ölkədir ki, orada hərbi və saray çevrilişləri heç də uzaq keçmişdə baş vermiş hadisələr sayılmır. 1991-ci ildə mühafizəkar sovet elitasının, prezident Mixail Qorbaçovdan yaxa qurtarmaq üçün göstəriyi çevriliş cəhdinin qarşısı dərhal alınmışdı. Lakin bu hadisə Sovet İttifaqının dağılmasına gətirib çıxardı. 1993-cü ildə isə, ifrat sol və millətçilər az qala prezident Boris Yeltsini devirəcəkdilər. Yeltsinin göstərişi ilə tankların parlamentin binasını necə atəşə tutması, əksəriyyətin yadından çıxmayıb. Çeçenistandakı separatçılara qarşı müharibənin qəhrəmanı Lev Roxlin 1998-ci ildə hərbi çevrilişin hazırlanmasında və Yeltsinin hakimiyyətdən salınması cəhdində ittiham edilmişdi. Amma qiyam həyata keçirilməzdən əvvəl Roxlin öldürülmüşdü. Roxlinin öldürülməsində onun öz həyat yoldaşı ittiham olunur. Lakin rus millətçiləri bu versiyanı rədd edirlər.
2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində, neftin qiyməti düşəndə və rubl kəskin devalvasiyaya uğrayanda, keçmiş neft maqnatı Mixail Xodorkovskinin ifadəsi ilə desək, Putinin “öz ətrafı” ilə problemlərinin meydana gələcəyindən danışırdılar. İqtisadiyyat sabitləşən kimi bu söhbətlər də səngidi.

Bütün oxşarlıqlara baxmayaraq, Türkiyə və Rusiya arasında əhəmiyyətli fərqlər mövcuddur. Elə məhz bu fərqlərdəki dərsləri nəzərə almaqla, Putin və Ərdoğan keçən həftə baş vermiş hadisədən nəticə çıxara bilərlər.

Putin üçün hərbçilər təhlükə təşkil etmirlər. Rusiya prezidenti son illər hərbi xərcləri kəskin artırıb. Yeltsindən fərqli olaraq, Putin generallarla isti münasibətlər saxlayır, onun müdafiə naziri Sergey Şoyqu isə zabitlər arasında populyardır, Rusiyanın Krımı ilhaq etməsi və Bəşər Əsədin düşmənlərinə qarşı Suriyada həyata keçirilmiş əməliyyatlar, hərbçilərin döyüş ruhunu yüksəldib.

Ərdoğanın hərbçilərlə olan münasibəti isə, qarşılıqlı inamsızılıqlar üzərindən cərəyan edirdi. Türkiyə prezidentinə qarşı olan çevrilişin önü, ona sadiq olan polisin köməyi ilə alındı. Putin ordunun və ya polisin dəstəyinə ümid bəsləməsə də, amma bu quruluşlarda özünə qarşı loyallığın qorunmasına çox diqqət edir. Bu yaxınlarda Putin, birbaşa özünə tabe olacaq müxtəlif xüsusi xidmət dəstələrindən ibarət Milli Qvardiya təsis edib.

Ümumiyyətlə, belə bir təsəvvür yaradılır ki, o, Rusiyanın təhlükəsizlik xidmətlərinə, Ərdoğanla müqayisədə daha çox qayğı göstərib. Digər tərəfdən isə, onun mühafizəkarlığı və sovet dövrünə olan nostalgiyası, bu xidmət orqanlarının ruhuna uyğun gəlir. Hər iki lider ölkələrindəki mətbuatı nəzarət altında saxlamağa cəhd ediblər, lakin onlar bu məsələyə müxtəlif cür yanaşıblar. Ərdoğan və onun hökuməti, ölkədə yaranan istənilən problem zamanı, sosial şəbəkələri əngəlləməyə cəhd göstərirlər. Keçən bazar günü Ərdoğan bu istiqamətdə apardığı siyasətinin nəticəsini gördü: çevriliş hazırlayanlar, sosial şəbəkələri bağlamağın yollarını bacarmışdılar. İlk saatlarda hamı çaşqınlıq içərisində olanda, sosial şəbəkələrdəki fəaliyyətlər də kəskin aşağı düşmüşdü və Ərdoğan, öz tərəfdarlarını küçəyə çıxmağa çağırmağa imkan tapmırdı. Lakin nəhayət ki, o, mobil telefonun köməyi ilə televiziya vasitəsilə xalqa müraciət edə bilmişdi.

Rusiya hökumətinin bir sıra müxalifət saytlarını əngəlləməsinə baxmayaraq, Putin hələlik bu cür miqyasda fəaliyyətlər həyata keçirməyib. Bunun əvəzinə isə, Kreml muzdlu təbliğatçı ordusu yaradaraq, sosial şəbəkələrdə məsrəf tələb edən müharibəyə girişib. Əgər çevriliş cəhdi zamanı Putinə müdafiə tələb olunarsa, onda bu muzdlu təbliğatçıların nə dərəcədə effektli fəaliyyət göstərəcəkləri tam aydın deyil.

Ərdoğanın hansı məsələdə düzgün, Putinin isə yanlış addım atdığına gəldikdə isə, deyilə bilər ki,Ərdoğan tam sərbəst olmasa da, hər halda xarici və özəl KİV-lərə Türkiyədə işləməyə imkan verib. Nəticədə, dövlətə məxsus olmayan, sekulyar (dünyəvi) ”Doğan” özəl media qrupuna aid “CNN Türk” kanalı, çevrilişin qarşısını almaq üçün, Ərdoğanın çıxışını efirə vermişdi. Lakin Putin bu cür gözlənilməz dəstək tapa bilməz. Keçən illər ərzində o xarici mətbuatı Rusiya bazarından sıxışdırıb çıxarıb, onun ətrafı isə, özəl media şirkətlərini zəbt ediblər. Hətta müstəqil KİV-lər də, tabe olmuş vəziyyətinə düşüblər.Tamamilə mümkündür ki, hər hansı bir saray çevrilişinə cəhd zamanı, əldə oyuncaq olan KİV-lər, indi Putinə necə xidmət göstərirlərsə, eləcə də yeni sahiblərinə xidmət göstərəcəklər.

Dini quruluşlarla institutlaşmış möhkəm bağlar, Ərdoğanın daha bir güclü tərəfidir. Məscidlərdki müəzzin prezidentin tərəfdarlarını küçələrə çıxmağa və qiyamçılara müqavimət göstərməyə çağırırdı. Məscidlərdən gələn çağırışlar, Ərdoğanın bütün rayonlardakı tərəfdarlarını bir araya toplaya bilmişdi ki, bu heç bir sosial şəbəkə və heç bir televiziyanın həyata keçiricəyi iş deyildi. Putin həmişə Rusiya Pravaslav Kilsəsindən dəstək axtarıb, həmin quruluşun iyerarxik təyinatlarında iştirak edib, lakin ruslar türklər kimi elə də dinadr deyillər və gecə yarısı çalınan kilsə zəngləri, prezidentin müdafiəsi naminə onları küçəyə tökə bilməz. Hətta dindar rusiyalılar da, Putinin mühafizəkarlığını səmimi hesab etmirlər.

Putin Rusiya siyasətini elə kökə salıb ki, ölkədə real müxalifət qalmayıb. Öz məğzinə görə Rusiya demokratiyası təkpartiyalıdır və əgər Türkiyədəkinə oxşar vəziyyət olarsa, onda seçicilər həmin demokratiyanın müdafiəsinə qalxmayacaqlar. Çünki indiki siyasi əhvalla, onları daha çox əsnəmək tutur. Ona görə ki, Rusiyadan fərqli olaraq, Ərdoğan Türkiyəsindəki siyasətdə rəqabət qalmaqdadır. Ərdoğanın 52%-i, Putinin 80%-lıq populyarlıq reytinqindən qat-qat yüksək çəkiyə malikdir. Belə ki, Ərdoğanın tərəfdarları, həqiqətən də təhlükə qarşısında inandıqları yol uğrunda seçim etməyə hazırdırlar. Putinin tərəfdarları passivdirlər və daha çox dövlətin maddi dəstəyindən asılıdırlar. Prezidenti devirmək istəyən, istənilən qüvvə, elə həmin maddi yolla da, onları çox asanlıqla ələ ala bilər.
Ərdoğanın qələbəsi Kreml üçün imitasiyasız demokratiyanın üstünlükləri barəsində özünəməxsus xəbərdarlıq ola bilər. Bunu anlamaq Rusiyanın xeyrinə olar. Ancaq belə bir şeyi təsəvvür etmək çətindir.

Çevrilişə cəhddən sonrakı dövrdə Ərdoğanın ilk addım kimi, ordu sıralarında və məhkəmə strukturlarında kütləvi təmizləmə aparması, Putində belə bir əminlik yarada bilər ki, deyəsən o, avtoritar hakimiyyət məsələsində doğru yoldadır. Bəlkə də, Putin bütün boltları bir daha möhkəm bərkidəcək.

(Bloomberg-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam