Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ATU-nun stomatoloji klinikasında nələr baş verir?

atu-tedris-klinikasi

Ölkə səhiyyəsinin vəziyyəti doğrudan da acınacaqlı vəziyyətdədir. Vətəndaşların imkanlısı Avropa və Türkiyəyə, başqa bir kəsim İrana müalicəyə gedir.

Xeberinfo.com:   Adının qabağında dovlət statusu yazılmış müəssisələrdə xidmətlərin pulsuz olduğunun bəyan edilməsi isə, illizüyadan başqa bir şey deyil. Buna inanaraq belə xəstəxanalara müraciət edən məsum vətəndaşlar təxminən bir neçə dəqiqədən sonra çıxılmaz vəziyyətə düşürlər. Redakisiyamıza bu günlərdə belə müəssisələrdən biri, daha doğrusu onun iş prinsiplərini xarakterizə edən material daxil olub. Kiçik ixtisarlarla, etik sərhədləri zorlayan faktlar istisna olmaqla yazını paylaşmağı özümüzə borc bildik. Söhbət dövlət statusu daşıyan, ölkənin ən böyük stomatoloji klinikasından gedir.

Azərbaycan Tibb Universitetinin stomatoloji klinikası təşkil olunduğu gündən etibarən (2003 cü il) daşıdığı dovlət statusuna baxmayaraq, demək olar ki, özəl klinika kimi fəaliyət göstərir.

Klinikada universitetin 4 kafedrası və xüsusi poliklinikası fəaliyyət göstərir. Kafedraların heç birində tədrisdən əsər-əlamət qalmayıb, burada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən həyata keçirilir. Burada tələbələrə hətta ən kiçik işləri belə görməyə icazə verilmir. Baxmayaraq ki, tələbələr dəfələrlə etiraz ediblər, onların etirazları eşidilməyib.

Burada hər bir həkimə, diş texnikinə “stavka” müəyyən edilib. Klinikanın rəhbəri Alqış Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”ni “yuxarıların göstərişi ilə təyin etdiyini bildir.

Klinikada tədris müəssisəsi ilə əlaqəsi olmayan, “VİP” deyilən qanunsuz stomatoloji sektor yerləşir. A.Səfərovun təşkil etdiyi, maliyyə mənbəyi bilinməyən, dövlət müəssisəsində yerləşərək bütün parametrlərinə görə yalnız şəxsi marağa xidmət edən, vergidən yayınan və inkişaf etmiş ölkələrdəki stomatoloji xidmətlərə müvafiq qiymətlər onun özünə məxsusdur.

A.Səfərov klinikanin digər hissəsini şəxsi mulkiyyəti kimi Cərrahi stomatologiya kafedrasına çox yüksək məbləğə “icarəyə” verib.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Azadliq.info 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam