Qohumu general Ədalət Paşayevin adından sui-istifadə edir
Xeberinfo.com: Mənfi tendensiya tezliklə başqa sistemlərdə vəzifə tutan generalların da axırını gətirə bilər.
Azərbaycanda da bir vaxtlar qardaş Türkiyədə olduğu kimi generalların "yarpaq tökümü" baş verir. Doğrudur, bu tendensiya əsasən keçmiş MTN generallarını əhatə etsə də, ara-sıra başqa güc strukturlarında da xidmət edən yüksək rütbəlilərin adları qalmaqalllarda hallanır, onların rəvac verdikləri hüquqpozmalara, korrupsiyaya, qohumbazlıqlarına, yerlipərəstliklərinə dair faktlar üzə çıxır. Müşahidə olunanlar belə təxmin etməyə əsas verir ki, bu mənfi tendensiya tezliklə başqa sistemlərdə vəzifə tutan generalların da axırını gətirə bilər.
Redaksiyamıza Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti - 5, mənzil - 42 ünvanda yaşayan vətəndaş Hacıyeva Aidaxanım Şaiq qızının şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi yazır ki, paytaxtın Mövsüm Sənani küçəsi, ev - 1, mənzil - 23 ünvanında yaşayan Hüseynov Niyazi Qurban oğlu 2011 - ci ildə ondan 80000 (səksən min) manat borc pul alıb və qaytarmır. Hacıyeva yazır ki, Niyazinin aldatmış olduğu daha bir neçə nəfər hüquq-mühafizə orqanlarına şikayət etsələr də, onların müraciətlərinə ya baxılmayıb, ya da ümid etdikləri nəticəni verməyib. Səbəb də budur ki, N. Hüseynovun arxasında onun qudası - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Məhəmməd oğlu Paşayev dayanıb.
Dünyanın bütün ölkələrində mövcud olan Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin vəzifələri sırasına: Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların müvafiq ünvanlara çatdırılması; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin müvafiq ünvanlara çatdırılması daxildir. Onu da qeyd edək ki, Feldyeger xidmətinin əməkdaşlarını vəzifə başında həbs etmək və daşıdıqları yükü müsadirə etmək qadağan edilib. Onlar xidməti vəzifələrini icra edərkən xidməti silah gəzdirə, həmin silahdan və eləcə də xüsusi vasitələrdən istifadə edə və fiziki güc tətbiq edə bilərlər. Yəqin elə general qohumunun nüfuzuna, bu silahına, fiziki gücünə arxayınlığın nəticəsidir ki, Niyazi Hüseynov kiminlə nə istəyir-onu da edir.
Şikayətçi onu da vurğulayır ki, Niyazi Hüseynov öz yalanlarına don geyindirmək üçün həmişə Ədalət Paşayevin nüfuzundan istifadə edirmiş.Pul aldığı adamlara, Ədalət Paşayevin yaxın qohumu olduğu üçün özünün Bakı şəhərindəki tikinti biznesinə onu rəhbər rəhbər təyin etdiyini bildirirmiş.
Deyilənə görə general Paşayevin qohumcanlılığından təkcə qudası deyil, həmçinin qardaşı da geninə-boluna sui-istifadə edir. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyən Qüdrət Paşayevin də rayonda necə deyərlər, kəsdiyi başa sorğu-sual yoxdur. Onun Gədəbəydə iş adamlarından rüşvət tələb etməsi, hətta heç RİH başçısı Ramiz Yediyarovla da hesablaşmadığı barədə mətbu və elektron KİV-də yetərincə informasiyalar var. General Ədalət Paşayevə güvənən qohumlarının ədalətsizlikləri, özbaşınalıqları barədə redaksiyamıza çatan başqa ilginc məlumatlar araşdırma mərhələsindədir. Tezliklə onları da oxucularımızla bölüşəcəyik.
Niyazi Hüseynovun Ədalət Paşayevlə həqiqətən qohum olub olmaması və onun bu özbaşınalıqlarından generalın nə qədər xəbərdar olmasını öyrənmək cəhdlərimiz baş tutmadı.(Kaspixeber.az)

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.