Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

5 xarici şirkətin filialı ləğv olunur

63254f5e-b781-42e7-9865-707d2f921257_292

Azərbaycanda fəaliyyət göstərən 5 xarici şirkət filialının ləğv olunduğu bildirilir.

Xeberinfo.com:   Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Filiallardan biri “Distrilab” Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.
Filialı ləğv olunan 2-ci şirkət “Buz Alen Hamilton İnc.”dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi,96 (“The Landmark-1″ Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.
Azərbaycanı tərk edən 3-cü şirkət “Grundfos Pompa Sanayi ve Ticaret Ltd.” şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,96A ünvanında irəli sürə bilərlər.
Ləğv olunan daha bir filial “Niko İnternational Ltd.” şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32/37 ünvanında baxacaq.
Sonuncu, “Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam