Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sosial mənzillərin satışında narazılıq var– ŞİKAYƏT

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranan problemlə bağlı şikayətlər artmaqdadır

Yenixeber.org: Oxu.Az-a müraciət edən dövlət qulluqçusu kateqoriyasına aid alıcılardan birinin sözlərinə görə, satış başladığı gün Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyib:
“Saat 10:00-da mənzillərin satışa çıxarıldığı e-gov.az saytına daxil olduq. Mənizili seçdik, qeyd edildi ki, əməliyyatda xəta var. Bir də cəhd etdim, eyni hal təkrarlandı. 10:30-da əməliyyatı yenidən icra edərkən portalda qeyd edildi ki, mənzil satılıb. Artıq 11:00-da sistemdə 260 mənzildən cəmi səkkizi qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu, mümkün olmadı.
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib. Amma dünən sistemdə 40 min nəfər var idi”.
Vətəndaşın sözlərinə görə, qısa müddətdə mənzillərin böyük hissəsi satılıb. Bununla belə, satışa çıxarılmış mənzillərdən birini əldə edə biləcəyinə dair bildiriş alıb:
“Lakin həmin bildiriş təsdiq edilməlidir. “Təsdiq et” bölməsi çalışmadığından bildirişi təsdiq etmək və “ASAN İmza”dan SMS almaq mümükün deyil. Digər tərəfdən, deyirlər ki, kimə bildiriş birinci verilib, evi də o alacaq. Yəni eyni bildirişi məndən əvvəl alanlar da ola bilər”.
Şikayətçi deyir ki, bəzi şəxslərə yeddi bildiriş verilib:
“Bu, o deməkdir ki, onlar yeddi mənzil alacaqlar?”
Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.
Bildirilib ki, 07 may 2018-ci il tarixində, saat 11:50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib.
Xatırladaq ki, dünəndən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb.
Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam