Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Daha bir ailənin faciəli dramı

 

Varlanmaq xatirinə ailə qurmuş Vüqar Əliyev kimdir?

Səmimi hisslərinin qurbanına çevrilən Lalə Əliyeva sınmış həyatının qisasını almaq istəyir!..

"Xeberinfo.com":  “Elə düşünməyin ki, əmlaka görə keçmiş həyat yoldaşımdan qisas almaq istəyirəm. Mən ancaq əmlaka görə məndən istifadə edən… şəxsdən sınmış həyatımın qisasını almaq istəyirəm! Onun üçün əmlak hər şeydən üstündür. Mənimlə ailə qurması sadəcə olaraq varlanmaq məqsədi daşıyıb…”
İxtisarla, bəzi ifadələri yumşaldaraq təqdim etdiyimiz bu cümlələr aldadılmış qadının öz haqqını bərpa etmək üçün qalxdığı mücadilənin sloqanıdır desək, bəlkə də yanılmarıq. Etiraf edək ki, yalanın səbəbi bəzən və bəlkə də bir çox hallarda onun nəticəsindən daha təsirli olur.
Rəsulullah (s) buyurmuşdur ki, kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun. Əlbəttə, bu arzuya yetişmək üçün birtərəfli səy göstərmək yetərli deyil. Bağışlanması mümkün olmayan nəsnələr vardır. Mal-mülk qovğası onlardan yalnız biridir.
Redaksiyamıza Bakı şəhəri Binəqədi rayonu, 8 mkr. Cəfər Xəndan küçəsi ev-26, mənzil-88 ünvanında yaşayan Əliyeva Lalə Məhərrəm qızının şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi yazır ki, onunla eyni ünvanda qeydiyyatda olan, hal-hazırda Sumqayıt şəhəri 14-cü Məhəllə, S.Vurğun küçəsi, ev-112, mənzil 12 ünvanında yaşayan Əliyev Vüqar Bağman oğlu ilə 06 mart 1998-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurublarmış. Vüqarın evi və müəyyən iş yeri, qazancı olmadığından, toydan sonra Lalənin valideynlərinin qızlarına almış olduqları Muxtarov küçəsi-2 ünvanında yerləşən evə köçmüş, orada birlikdə yaşamışlar.
Vüqar sonradan zorla tələb etmişdir ki, həmin evi satsın. Lalə də onun tələbi ilə evi satmış, həmin pula Binəqədi rayonundakı hazırda qeydiyyatda olduqları evi almışlar. Vüqar mənzilin məhz özünün adına rəsmiləşdirilməsini təkid etmiş, Lalə də ailənin dağılmaması naminə buna etiraz etməmişdir.
Bütün bunlardan başqa, Lalənin valideynləri kürəkən Vüqara torpaq sahələri, obyektlər vermişlər ki, iş görsün, sahibkarlıq fəaliyyəti ilə məşğul olsun, ailəsini saxlasın. Bu azmış kimi, Lalə xanımın ata-anası özlərinə məxsus olan torpaq sahəsini də sataraq, pulunu Vüqara vermişlər. V.Əliyev həmin pula Kərpic zavodu tikmiş və istehsal olunan məhsulları hündürmərtəbəli binalar tikən inşaat biznesmenlərinə sataraq mənzillərlə dəyişmişdir.
Lalə Əliyeva etiraf edir ki, birgə yaşadıqları illər ərzində xeyli qazancları, üstəlik yeni inşa edilən hündürmərtəbəli binalarda, kərpiclərin pulu müqabilində Əliyev Vüqar Bağman oğlunun adına yazılmış xeyli miqdarda mənzilləri olmuşdur. Lakin…
Lakin həyat şəraiti, yaşayış tərzi dəyişmiş V.Əliyev özü də pullanaraq dəyişmiş, ailədə söz-söhbətlər yaranmışdır. Ailədaxili münasibət qeyri-səmimi xarakter aldığından, nəticədə Binəqədi Rayon Məhkəməsinin 15.05.2010-cu il tarixli, 2(001)-776-2010 saylı qətnaməsi ilə nikahları pozulmuş, qətnaməyə əsasən birgə nikahlarından doğulmuş 1999-cu il təvəllüdlü qızları Ləman və 2000-ci il təvəllüdlü Fidan anaları Lalə Əliyevanın himayəsində saxlanılmışdır.
Həmin ərəfələrdə boşanan cütlüyün birgə nikah dövründə əldə edilmiş əmlaklarının bölgüsünə dair məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisənin predmeti barədə ərizə müəllifi təfərrüatlı məlumat verir: “Tərəfimizdən V.Əliyevin MTK-nin köməyi ilə mənzillər aşkara çıxarılmış, müvafiq kooperativlərlə söhbətlər aparılmışdır. Kooperativlər, yazı və məktubları ilə rəsmi sənədləri saxtalaşdırılmış, nəinki mənə, heç vəkil-məhkəmə sorğularına da doğru cavablar verməmişlər. Əliyev Vüqar Bağman oğlu və onun qardaşı Əliyev Müşviq Bağman oğlu cinayət əlaqələrinə girərək, rəsmi müqavilələri Əliyev Müşviq Bağman oğlunun adına arxa tarixlə rəsmiləşdirməklə, dələduzluq etmiş, mənzilləri Vüqar Əliyevin adından çıxarmaqla, həmin əmlakda olan payımı mənimsəmişlər.
Belə ki, Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi 35 ünvanında yerləşən “YENİLİK” Mənzil-Tikinti Kooperativi, Əliyev Vüqar Bağman oğlu ilə cinayət əlaqəsinə girərək, saxtakarlıq etmiş, mənim əmlakımın V.Əliyev tərəfindən özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Saxtakarlıq edərək 07 saylı 07.05.2010-cu il tarixli məktub vermişdir ki, 102 və 103 saylı mənzilləri qardaşı Əliyev Müşviq Bağman oğlunun adına keçirmişdir?! (Necə, kimin razılığı ilə, məlum deyil?).
Həmçinin, “YENİLİK” Mənzil-Tikinti Kooperativi 103 saylı mənzilin müqaviləsini saxtalaşdırarkən, Vüqarın adını silərək onun yerinə Müşviq yazmış, ancaq Vüqara məxsus şəxsiyyət vəsiqəsinin göstəricilərini dəyişməyi unutmuşdur?!
Məhkəmə qərarı ilə bölünmüş 87 №-li II mərtəbədə yerləşən mənzil isə yoxa çıxmışdır.
Hazırda “YENİLİK” Mənzil-Tikinti Kooperativi o qədər qanunsuzluq edir, gözü ayağının altını görmür ki, cinayətin ört-basdır etmək üçün məsuliyyətini belə hiss etmədən, həmin mənzillərlə bağlı heç bir sorğuya cavab vermir, heç bir ərizəni cavablandırmır?!
3 aydan artıqdır yenilik MTK-nə sorğu ilə müraciət etməyimizə baxmayaraq “Sədr burada yoxdur” cavabından başqa cavab ala bilmirik.
Həmçinin, Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən “Messenat” Holdinq qrupu, “Hüquq” Mənzil-Tikinti kooperativi, Əliyev Vüqar Bağman oğlu ilə cinayət əlaqəsinə girərək, Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən binada Əliyev Vüqar Bağman oğlunun adına həmin binada heç bir mənzilin olmadığını yazmışlar. Vəkil sorğusuna da həmin tərzdə cavab yazaraq, eyni məktubda adına mənzil olmasını, sonradan həmin mənzili satmasını bildirmişlər??? (“Hüquq” Mənzil-Tikinti Kooperativinin 19 saylı 20.08.2014-cü il tarixli, 28 saylı 01.10.2014-cü il tarixli məktublarının surətləri əlavə olunurlar). Bu günə qədər nə məhkəmə iclaslarına gəlmişlər, nə də ki, məhkəmə sorğusuna cavab vermişlər.
Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 22, 942-943-cü məhəllədə yerləşən (Faktiki ünvanı C.Xəndan küçəsi, 19b) “SƏMA-3” MTK Əliyev Vüqar Bağman oğlu ilə əlaqəyə girərək, onun adına bağlanmış müqaviləni, saxtakarlıq edərək, sonradan onun qardaşı Əliyev Müşviq Bağman oğlunun adına rəsmiləşdirmişdir. Sonra da saxtakarlıqla tərtib etdiyi Arayışı bizə təqdim etmişdir.
Heç bir soruşan olmamışdır ki, ay Əliyev Müşviq, sən Sumqayıt şəhərindən Bakıya gəlib bu qədər MTK-da bu mənzilləri hansı bizneslə almısan?!
1.Zabitlər bağında 178 kv.m. 3 otaqlı mənzil, Ak. Həsən Əliyev küçəsi “İlin 4 fəsili” 166 kv.m. 4 otaqlı, Bakı şəhərində “Yenilik” MTK-da 2 ədəd 2 otaqlı C.Xəndan küçəsi ev 19b 151 kv.m. 3 otaqlı mənzil, Sumqayıt şəhərində “Rəndə” MTK-da 1 ədəd 3 otaqlı, 1 ədəd 2 otaqlı mənzil.
Bunlarla yanaşı, Əliyev Vüqar Bağman oğlunun və Əliyev Müşviq Bağman oğlunun hansı kooperativlərlə belə saxta işləri olması hələ ki, bizə məlum deyildir. (MTK-a kərpic verməsi barəsində lazım gəlsə sənəd təqdim edə bilərəm).
Mənimlə ailə qurması sadəcə olaraq varlanmaq məqsədi daşıyıb. Bir neçə faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, hələ evlilik müddətində 57.000 ABŞ $ evdən apardı ki, 1 otaqlı ofis mənzil alır. Hər dəfə soruşanda evin sənədini niyə gətirmirsən? Deyirdi ki, boşandıqdan sonra alacam. Mənə elə gəlirdi ki, zarafat edir. Bu həqiqət imiş. Ərizəyə həmin ünvanın sənədlərini əlavə edirəm. Yəni, Rəsulov Rəhim Nəriman oğlunun Ziya Bünyadov pr. ev 13B, mənzil 38, barəsindəki sənədlər.
Şikayətçi bütün bunları nəzərə çatdırmaqla “Yenilik” Mənzil-Tikinti Kooperativinin “Hüquq” MTK-nin, “Səma-3” MTK-nin Vüqar və Müşviq Əliyev qardaşlarının törətdikləri saxtakarlıqların araşdırılmasına, onların əməllərinə dürüst hüquqi qiymət verilməsinə, cinayət məsuliyyətinə cəlb olunmalarına nail olmaq istəyir və bundan ötrü KİV-in köməyinə ehtiyac duyur.
Öyrənmişik ki, Vüqar Əliyevin məhkəmə çəkişmələrində qalib çıxmasının səbəbləri vaxtında ayıq-sayıq tərpənib “uzaqgörən” addımlar atması, üstəgəl müasir Azərbaycan reallığında yetərincə güclü tərəf müqabili olan vara-pula malik olmasıdırsa, ona arxa-dayaq duran səbəbkar-havadar da vardır.
KİV olaraq, ədalət naminə hüquqları pozulmuş insanların haqq sözünə tribuna verməyə hazır olduğumuzu bildiririk. Vətəndaş Lalə Əliyevanın öz haqqı uğrunda mücadiləsinə informasiya dəstəyimizi əsirgəməyəcəyik.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
KaspiXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam