Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Zirzəmidə qanunsuz tikinti: Elxan Yaqubovun qardaşının qanunsuz əməlləri aşkar olundu-FOTOFAKT

media-elxa

Nəsimi rayonun növbəti qanunsuz tikinti işləri ilə bağlı məlumat dərc olunmuşdur.

Yenixeber.org: Bu günlərdə isə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 8 ünvanında binanın zirzəmisində qanunsuz tikinti işləri aparıldığı məlumat verilmişdir.

Tikintini aparan Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovun qardaşı Ədalət Yaqubovun göstərişi əsasında aparıldığı məlum olub.

Belə ki, Nəsimi rayon icra Hakimiyyətinin rəsmi məlumatında qeyd olunur ki, 01.11.2025 ci il tarixdə RİH əməkdaşları tərəfindən Rayon ərazisində aparılan monitorinq zamanı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 8 (34) ünvanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 5314 nömrəli İcarə müqaviləsinə əsasən Yaqubov Ədalət Ənvər oğlunun icarəsində olan qeyri yaşayış sahəsinə pilləkən qəfəsinin quraşdırılması və çardaq quraşdırılması məqsədi ilə metal boruların basdırılması faktı aşkar edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən görülmüş tədbirlər nəticəsində aparılan qanunsuz işlərinin qarşısı alınaraq, ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır.

media-823

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi olmadan aparılan tikinti işləri  dayandılıb  Heç bir rəsmi icazə olmadan qanunsuz olaraq zirzəminidə  obyekt tikintisi aparılması başadüşülən deyil.

Sözügedən tikinti işlərinə görə  Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovun qardaşı Ədalət Yaqubov aparılması sakinlər tərəfindən şikayətlər olunub.(xalq.online)
media-77media-78
media-76

Qurumların və adlaraı keçənlərin fikirlərini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam