Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Vasif Talıbovla biznesini, Ramiz Mehdiyevlə siyasi karyerasını quran Kəmaləddin Qafarov

Vasif Talıbovla biznesini, Ramiz Mehdiyevlə siyasi karyerasını quran Kəmaləddin Qafarov
Adətən “lal deputat” kimi tanınan Milli Məclisin üzvü Kəmaləddin Qafarov son vaxtlar sosial şəbəkələrdə və mediada politoloq kimi aktivləşib.
Yenixeber.org: 10 ildir deputat mandatı daşıyan və zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı indiyə qədər köhnə və yeni mediada çoxsaylı ifşaedici faktlar deyilsə də, yazılsa da, nədənsə hakim partiya və iqtidar onunla vidalaşmağı düşünmür. Səbəbi olduqca müəmmalıdır. Ona görə ki, bu adamın ixtisası siyasətlə bağlı deyil, elə bir danışıq qabiliyyəti də yoxdur, parlamentin ən susqun deputatlarındandır, danışanda da özünü ifşa edir. Məsələn o bir zaman “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” deyimi əsl lətifəyə çevrildi. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək gülüncdür, həm də məqsədin qanunverici orqanın tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.
Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır. “Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.

Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.
Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır. Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.
“Kamaləddin Qafarov “Naxçıvan klanı”nın nümayəndəsi kimi tanınır və onun biznesinin çiçəklənməsində Vasif Talıbov, siyasi inkişafında isə Ramiz Mehdiyev faktoru da rol oynayıb. İndi iqtidar daxilində gedən kadr islahatı və “köhnə qvardiya” ilə vidalaşma dalğası Qafarova da öz təsirini göstərəcək.(xalq.onlayn)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam