Rusiyaya ixrac edilən kənd təsərrüfatı malları üzərində uzun müddət gömrük monopoliyası qurmuş TST Rüfət adı ilə tanınan Rüfət Qəhrəmanov haqqında ilginc məlumatlar yayılıb.
Yenixeber.org: Bununla bağlı bildirək ki, Rəsmi qurumlar tərəfindən qorunduğunu iddia edən bu şəxs tək monopoliyası ilə deyil, həm də dövlət maraqlarına ciddi zərbə vurması ilə tanınıb. Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi Rauf Rzayevlə sdıx əməkdaşlıqda olan TST Rüfət kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səd yaratmışdı. Ali məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı Rauf Rzayevlə birləşən TST Rüfət kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı. Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri edirlər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 % əlavə dəyər vergi ödəyirlər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axır. Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər… Aparılan araşdırma nəticəsində cumhuriyyet.az-a məlum olub ki, Qəhrəmanov Rüfət Məmməd oğlu Rusiyada fəaliyyət göstərən “TCT” OOO-nun sahibi imiş. Rusiyada qeydiyyatda olan bir şirkətin Azərbaycan gömrüyündə bu şəkildə at oynatması böyük şübhələr yaradır.
Maraqlıdır ki, Rusiyanın iş adamı olan Rüfət Qəhrəmanov sonradan Dövlət Gömrük Komitəsi “Samur” Gömrük Terminalənda peyda olub. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bu şəxs terminala gəldikdən qıssa müddət sonra, terminal qarşısında valyuta dəyişmə və elektron xidmətlər göstərən obyektləri sıradan çıxarır və ləğv edib. Rüfət Qəhrəmanov qeyd olunan sahələri ləğv edərək ,terminalın daxilində, qeyri-qanuni olaraq 16-ya yaxın yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən obyektlər açıb. Bu obyektlər hər hansı bir vergi ödəməyib və aylıq bu 16 obyektdən cənab Qəhrəmanov yüksək gəlirlər əldə edib. Amma Rüfət Qəhrəmanovun şan-şöhrəti bununla bitmir. İddialara görə, o eyni zamanda Qusar Rayon İH-nin başçısı Sahir Məmmədxanovun ərazidəki adamlarından biri kimi də özünü tanıdıb.
Maraqlısı budur ki, iddialara görə, hətta əraziyə nəzarət edən polis əməkdaşları belə bu adamdan çəkiniblər. Onu da bildirək ki, R.Qəhrəmanovun himayəsində olan şəbəkə ifşa olundu və bu sistemlə işləyən bəzi ixracatçılar həbs olundu. Belə ki, bir il öncə, Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib. Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Bütün işlərdə isə Rüfət Qəhrəmanovun adı şahid qismində keçir. Amma cumhuriyyet.az-a daxil olan məlumata görə onun əməllərinin qurbanı olan Daşqın adlı iş adamı ona qarşı ifadə verib və bir zamanlar gömrükdə at oynadan TST Rüfət indi qaçaq həyatı yaşayır.(cumhuriyyet.az)